Bu gün Yasamal Rayon Məhkəməsinin inzibati binasında Birinci Qarabağ müharibəsi zamanı əsir götürülmüş azərbaycanlılara qarşı amansız işgəncələr verməkdə ittiham olunan erməni hərbçilər - Mkrtiçyan Lüdvik Mkrtiçoviç və Xosrovyan Alyoşa Aramaisoviçin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
AZXEBER.COM-un məlumatına görə, Bakı Hərbi Məhkəməsinin hakimi Elbəy Allahverdiyevin sədrliyi ilə keçirilən prosesdə iş üzrə zərərçəkmişlərin ifadə verib.
Onlar əsirlikdə təqsirləndirilən şəxslər tərəfindən dəfələrlə işgəncələrə məruz qaldıqlarını deyiblər.
Daha sonra təqsirləndirilən A.Xosrovyan dindirilib.
Məhkəmənin növbəti iclası iyunun 30-na təyin edilib.