Qarabağda həyat yenidən canlanır: Böyük Qayıdışla bağlı son rəqəmlər

Qarabağda həyat yenidən canlanır: Böyük Qayıdışla bağlı son rəqəmlər
MEDIA
15:57 17.07.2026
181
Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdış prosesi mərhələli şəkildə davam edir. Dövlət tərəfindən həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma işləri nəticəsində Qarabağ və Şərqi Zəngəzurda yaşayış məntəqələri yenidən qurulur, keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışı təmin edilir.

Bu məsələyə Azərbaycan Prezidenti İlham Əliyev də Şuşada keçirilən Qlobal Media Forumundakı çıxışında yenidən toxundu. Dövlət başçısı bildirdi ki, Qarabağ və Şərqi Zəngəzurda aparılan bərpa işləri sürətlə davam edir və artıq minlərlə insan doğma torpaqlarına qayıdaraq burada yaşayır və çalışır. Prezident vurğuladı ki, Böyük Qayıdış proqramının əsas məqsədi bölgədə dayanıqlı məskunlaşmanı təmin etmək, insanların təhlükəsiz və rahat şəraitdə yaşamalarını təmin etməkdir.

Prezidentin Şuşadan verdiyi mesaj bir daha göstərir ki, "Böyük Qayıdış" təkcə insanların öz evlərinə qayıtması deyil, həm də Qarabağın sosial-iqtisadi dirçəlişini təmin edən uzunmüddətli dövlət proqramıdır.

Milli Məclisin deputatı Vüqar Bayramov AZXEBER.COM-a açıqlamasında deyib ki, Qarabağa "Böyük Qayıdış” uğurla davam edir:

""Böyük Qayıdış” uğurla davam etdirilir. Zəfərdən qısa müddət keçməsinə baxmayaraq, artıq Qarabağ və Şərqi Zəngəzurda məskunlaşan, işləyən və təhsil alan vətəndaşlarımızın sayı 90 mindən çoxdur. Onların təxminən 40 mini daimi məskunlaşan vətəndaşlarımızdır. Bu, onu göstərir ki, qısa zamanda intensiv məskunlaşma prosesi həyata keçirilir. Eyni zamanda Azərbaycan məskunlaşma prosesini, demək olar ki, yalnız öz daxili maliyyə mənbələri hesabına həyata keçirir. Ötən müddətdə dövlət büdcəsindən bu sahəyə 25 milyard manatdan artıq vəsait ayrılıb”.


O qeyd edib ki, işğaldan azad olunmuş ərazilərimizdə iqtisadiyyatın formalaşması həmin bölgələrin reinteqrasiya prosesini də sürətləndirir:

"Həm dövlət büdcəsi hesabına, həm də cəlb edilən özəl investisiyalar vasitəsilə Qarabağ və Şərqi Zəngəzurda iqtisadiyyatın formalaşmasını müşahidə edirik. İşğaldan azad olunmuş ərazilərimizdə iqtisadiyyatın formalaşması həmin bölgələrin reinteqrasiya prosesini də sürətləndirir. Təbii olaraq bərpa olunan və yenidən qurulan yaşayış məntəqələrinin sayının artması məskunlaşma prosesinin daha da sürətlənməsinə imkan yaradır.
Ən vacib məqamlardan biri də məskunlaşan vətəndaşlarımızın məşğulluğunun təmin edilməsidir. Bu istiqamətdə həm dövlət layihələri həyata keçirilir, həm də özəl sektorun prosesə cəlb olunması məşğulluğun təmininə əlavə imkanlar yaradır.
Nəzərə alsaq ki, hazırda işğaldan azad olunmuş ərazilər üçün genişmiqyaslı vergi güzəştləri mövcuddur, həmin ərazilərdə investisiya qoyuluşu həyata keçirən sahibkarlar, demək olar ki, əksər vergi öhdəliklərindən azaddırlar. Eyni zamanda işçilərlə bağlı sosial ödənişlərin bir hissəsi dövlət tərəfindən qarşılanır.
Bu da təbii ki, daha çox investisiyanın cəlb edilməsinə və özəl sektor hesabına yeni iş yerlərinin yaradılmasına xidmət edir”.

Deputat bildirib ki, növbəti dövrdə də məşğulluğun təminatı prioritet istiqamətlərdən biri olacaq:

"Növbəti dövrdə də məşğulluğun təminatı prioritet istiqamətlərdən biri olacaq. Xüsusilə də özəl sektor hesabına daha çox iş yerinin yaradılması əsas hədəflərdən hesab olunur. Məskunlaşma prosesi 2026-cı ilin ikinci yarısında da intensiv şəkildə davam etdiriləcək. Təkcə Ağdam rayonuna 10 minə yaxın vətəndaşımızın daimi köçürüləcəyi gözlənilir. Bütün bunlar qısa zamanda işğaldan azad olunmuş ərazilərimizin kompleks bərpasının uğurla həyata keçirildiyini göstərir. Azərbaycan öz gücü hesabına uzun illər işğal altında qalan, tamamilə dağıdılmış əraziləri yenidən bərpa edir və inkişaf etdirir. Artıq həyat Qarabağa qayıdıb. Qarabağ yaxın gələcəkdə Azərbaycanın əsas inkişaf mərkəzlərindən birinə çevriləcək”.

Milli Məclisin deputatı Tural Gəncəliyev AZXEBER.COM-a açıqlamasında deyib ki, Azərbaycan Qarabağda bərpa və quruculuq işlərini öz gücü, öz resursları hesabına həyata keçirir:

"Cənab Prezident İlham Əliyev Şuşada keçirilən IV Qlobal Media Forumunda Qarabağın yenidən qurulması və bərpası prosesinə xüsusi diqqət çəkdi. O, artıq azərbaycanlıların öz doğma torpaqlarına, evlərinə geri qayıtması barədə danışdı.

Beləliklə, Cənab Prezidentin dili ilə bir daha dünyaya bəyan edildi ki, Azərbaycanın ən əziz bölgələrindən olan Qarabağ və Şərqi Zəngəzur işğaldan azad edildikdən sonra çox sürətlə yenidən qurulur, bərpa edilir və bu torpaqlara yeni nəfəs verilir.
Azərbaycan bütün bu bərpa və quruculuq işlərini öz gücü, öz resursları hesabına həyata keçirir. Bu da ölkəmizin iqtisadi cəhətdən nə qədər güclü dövlət olduğunu və yalnız öz imkanları hesabına uğur hekayəsi yaza bildiyini bir daha sübut edir”.

Parlamentari vurğulayıb ki, Şuşa və Xankəndi artıq beynəlxalq diplomatiyanın, qlobal media forumlarının keçirildiyi məkana çevrilib:

"Xüsusilə də Şuşada keçirilən Qlobal Media Forumu Şuşanın və ümumilikdə Qarabağın dünyaya yumşaq güc vasitəsilə yenidən təqdim edilməsi baxımından mühüm əhəmiyyət daşıyırdı. Artıq məlum olduğu kimi, Qarabağda, Şuşada və Xankəndidə beynəlxalq tədbirlər keçirilir. Şuşa və Xankəndi artıq beynəlxalq diplomatiyanın, qlobal media forumlarının və digər mühüm tədbirlərin keçirildiyi məkana çevrilib. Təsadüfi deyil ki, bu günlərdə Slovakiya Prezidenti də Şuşada Cənab Prezident tərəfindən qəbul edildi. Bu, Şuşanın həm də siyasi-diplomatik baxımdan mühüm mərkəzə çevrildiyini göstərir”.

"Qlobal Media Forumunun iştirakçıları da Qarabağın necə sürətlə inkişaf etdiyini, burada bərpa və quruculuq işlərinin hansı templə aparıldığını öz gözləri ilə gördülər və bu barədə öz auditoriyalarına məlumat verdilər. Bu gün Azərbaycan öz torpaqlarını işğaldan azad etdikdən sonra uğur hekayəsini davam etdirir. Siyasi və diplomatik sahədə əldə olunan uğurlarla yanaşı, qısa müddətdə Qarabağın dünyanın mühüm siyasi, diplomatik və media tədbirlərinin keçirildiyi bölgələrdən birinə çevrilməsi də dünyaya nümayiş etdirilir”,-deyə deputat bildirib.

Yazı  Medianın İnkişafı Agentliyinin "İşğaldan azad olunmuş ərazilərə "Böyük Qayıdış”” mövzusunda dərc edilib.

Şahanə Ziyad

 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Valideynlərin diqqətinə - Məktəbəhazırlıq qruplarına qeydiyyat başlayır
16:56 17.07.2026
Valideynlərin diqqətinə - Məktəbəhazırlıq qruplarına qeydiyyat başlayır
Abituriyentlər valideynlərini belə aldadır: Süni intellektlə ballarını artırırlar
16:54 17.07.2026
Abituriyentlər valideynlərini belə aldadır: Süni intellektlə ballarını artırırlar
Bakıda bir ayda 372 kiloqramdan çox narkotik dövriyyədən çıxarıldı
16:27 17.07.2026
Bakıda bir ayda 372 kiloqramdan çox narkotik dövriyyədən çıxarıldı
Qurban Qurbanovdan gözlənilməz QƏRAR
16:22 17.07.2026
Qurban Qurbanovdan gözlənilməz QƏRAR
Yas mərasimlərində qida zəhərlənmələri: Mütəxəssisdən ciddi xəbərdarlıq
16:10 17.07.2026
Yas mərasimlərində qida zəhərlənmələri: Mütəxəssisdən ciddi xəbərdarlıq
Qarabağda həyat yenidən canlanır: Böyük Qayıdışla bağlı son rəqəmlər
15:57 17.07.2026
Qarabağda həyat yenidən canlanır: Böyük Qayıdışla bağlı son rəqəmlər
Sükan arxasında yuxulayan sürücü və xanımı həlak oldu - VİDEO
15:52 17.07.2026
Sükan arxasında yuxulayan sürücü və xanımı həlak oldu - VİDEO
Avtobusda niyə əks istiqamətdə oturmaq istəmirik? – Səbəbi sizi təəccübləndirəcək
15:34 17.07.2026
Avtobusda niyə əks istiqamətdə oturmaq istəmirik? – Səbəbi sizi təəccübləndirəcək
Lavrov vurulan AZAL təyyarəsindən danışdı: Məsələ həllini tapıb
15:32 17.07.2026
Lavrov vurulan AZAL təyyarəsindən danışdı: Məsələ həllini tapıb
Küveyt: İranın hücumunda elektrik və su təsisatları hədəf alındı
15:20 17.07.2026
Küveyt: İranın hücumunda elektrik və su təsisatları hədəf alındı
Bank of Baku və Mastercard-dan rəqəmsallaşma sahəsində mühüm addım
15:13 17.07.2026
Bank of Baku və Mastercard-dan rəqəmsallaşma sahəsində mühüm addım
İkinci əl avtomobil alarkən bu tələyə düşməyin: Alıcıları hansı təhlükələr gözləyir?
15:07 17.07.2026
İkinci əl avtomobil alarkən bu tələyə düşməyin: Alıcıları hansı təhlükələr gözləyir?
Çimərlikdə gözlənilən hava şəraiti açıqlandı
14:59 17.07.2026
Çimərlikdə gözlənilən hava şəraiti açıqlandı
Bu avtobus marşrutu dəyişir – Yeni xətlər yaradılır
14:33 17.07.2026
Bu avtobus marşrutu dəyişir – Yeni xətlər yaradılır
DÇ-2026-nın final oyununu idarə edəcək hakim açıqlandı
14:21 17.07.2026
DÇ-2026-nın final oyununu idarə edəcək hakim açıqlandı
Ceyhun Bayramovla Lavrovun görüşü başladı - Fotolar
14:18 17.07.2026
Ceyhun Bayramovla Lavrovun görüşü başladı - Fotolar