Qarabağda iki erməni tankı belə partladı - - VİDEO

SİYASƏT
01:00 22.07.2015
3957
Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ ərazisindəki separatçı rejimə məxsus iki ağır hərbi texnika minaya düşüb.

AZXEBER.COM report-a istinadən xəbər verir ki, “T-72” tankları “hərbi texnikanın idarə olunmasına dair təlimlərə” gedərkən partlayıb. Nəticədə tanklardan birinin ekipaj üzvləri hadisə yerində həlak olub. Digər tankın ekipaj üzvləri isə ağır vəziyyətdə erməni işğalı altındakı Xankəndi şəhərindəki hospitala yerləşdirilib.

Hadisənin təfərrüatlarının araşdırılması üçün əməliyyat qrupu yaradılıb. Təqdim edilən videoda xəsarət alanların təxliyə edildiyini görmək olar.

OXŞAR XƏBƏRLƏR