Qarabağda işləmək istəyənlərin nəzərinə! - İŞ YERLƏRİNİN SİYAHISI

Qarabağda işləmək istəyənlərin nəzərinə! - İŞ YERLƏRİNİN SİYAHISI
SOSİAL
16:34 25.08.2021
2000
AZAL Füzuli əsilli vətəndaşlar üçün Füzuli beynəlxalq hava limanında vakant yerlərin açıldığını elan edir.

AZXEBER.COM xəbər verir ki, Qarabağda ilk hava limanının açılışı ərəfəsində Füzuli əsilli vətəndaşlar Azərbaycanın mülki aviasiyası kimi maraqlı və məsuliyyətli sahədə karyeraya başlamağa dəvət olunurlar.

İxtisas seçimi müsabiqə əsasında aparılacaq.

Beləliklə, "Azəraeronaviqasiya” (AZANS) HHİ-də, eləcə də Füzuli beynəlxalq hava limanının aerodrom və aerovağzal xidmətləri üçün işçi heyətin işə qəbuluna başlanmışdır.

Hava limanının aerodrom və aerovağzal xidmətləri üçün açılan vakant yerlər:
- mühəndis-proqramlaşdırıcılar;
- avadanlıqların təmiri və istismarı üzrə texniklər;
- işıqtexniki avadanlıq üzrə mühəndis və elektrik mexanikləri;
- texnoloji avadanlıqların təmiri və istismarı üzrə mühəndis;
- radiorabitə üzrə texnik və mühəndislər;
- komendantlar;
- qazanxana operatoru, konveyer xətlərinin operatoru;
- havalandırma və kondisioner sistemlərinin təmiri və onlara xidmət göstərilməsi üzrə çilingər;
- təmizlik xidmətləri və s.

AZANS-da açılan vakant yerlər:
- HHİ və Brifinq dispetçerləri;
- mühəndis-sinoptik və mühəndis-meteoroloqlar;
- HHİ AS, rabitə, radionaviqasiya və radiolokasiya üzrə mühəndis və texniklər.

Vakant yerdən asılı olaraq ali, orta ixtisas, orta təhsil və ya iş təcrübəsi tələb oluna bilər. İşaxtaran şəxslərdən hüquq təhsili tələb olunmur. Daha ətraflı məlumatı "Azərbaycan Hava Yolları” QSC-yə müraciət edərək əldə edə bilərsiniz. Maraqlanan namizədlərdən CV-lərini [email protected] elektron ünvanına göndərmələri xahiş olunur.

Qeyd edək ki, AZAL Qarabağda tarixi yaşayış yerlərinə qayıdan əhalini işlə təmin edən ilk təşkilatlardan biridir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığı ilə Füzulidə yeni hava limanı ən qısa zamanda inşa ediləcəkdir. Dövlət başçısı 2021-ci ilin yanvar ayında hava limanının təməlini qoydu, sınaq uçuşlarının həyata keçirilməsi isə bu ilin sentyabr ayının əvvəlində nəzərdə tutulub.

"Xüsusi qürur hissilə bildirirəm ki, "Azərbaycan Hava Yolları” işğaldan azad olunmuş Qarabağda yeni iş yerlərini açacaq ilk təşkilatlar sırasındadır. Füzulidə hava limanı ən yaxın günlərdə istismara təhvil veriləcək və əminəm ki, uzun müddət işğal altında olan bu regionun sakinləri böyük məmnuniyyətlə müsabiqə seçimində iştirak edəcəklər. Məhz buna görə onlar üçün bütün bu imkanları yaradırıq. Xüsusilə qeyd edim ki, Füzulidə istənilən növ hava gəmilərini qəbul etməyə imkan verən hava limanının istismara verilməsi regionun sosial-iqtisadi inkişafına güclü təkan verəcək, gələcəkdə isə turizm potensialını artıracaqdır”, - deyə "AZAL”ın prezidenti Cahangir Əsgərov qeyd etmişdir.

Hal-hazırda Füzuli hava limanında tikinti işləri son mərhələsindədir, uçuşların təhlükəsizliyini, sərnişin və yük aviadaşımalarının yüksək həcmlərini təmin etmək üçün nəzərdə tutulmuş ən yeni infrastruktur obyektləri istismara verilir. Tikinti işləri sürətlə davam edir və hava limanının açılışı bu ilin sonunadək planlaşdırılır.

Bundan əlavə dövlət başçısının tapşırığı ilə Qarabağda – Zəngilan və Laçın rayonlarında daha iki beynəlxalq hava limanının tikintisi planlaşdırılır.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İranda Yeni Ali Lider seçildi: "Sosial problemlər artacaq, etiraz aksiyaları mümkündür”
14:31 10.03.2026
İranda Yeni Ali Lider seçildi: "Sosial problemlər artacaq, etiraz aksiyaları mümkündür”
Elxan Qaraxanoğlu “Manset.az”ı məhkəməyə verdi – İddiası rədd edildi
14:25 10.03.2026
Elxan Qaraxanoğlu “Manset.az”ı məhkəməyə verdi – İddiası rədd edildi
Bayram namazı nə vaxt qılınacaq?
14:15 10.03.2026
Bayram namazı nə vaxt qılınacaq?
Nərimanovda premium mənzillər faizsiz kreditlə: “City Garden Narimanov”da satış davam edir
14:07 10.03.2026
Nərimanovda premium mənzillər faizsiz kreditlə: “City Garden Narimanov”da satış davam edir
Tehran atəşkəsə qarşı çıxdı: "İsrail dərsini almalıdır"
14:00 10.03.2026
Tehran atəşkəsə qarşı çıxdı: "İsrail dərsini almalıdır"
Azərbaycanın İrana göndərdiyi humanitar yardım Astara sərhədindən yola salındı - VİDEO
13:53 10.03.2026
Azərbaycanın İrana göndərdiyi humanitar yardım Astara sərhədindən yola salındı - VİDEO
"Süleymansız yaşamağımın nə mənası var?" - Cığatel İsaqızı
13:50 10.03.2026
"Süleymansız yaşamağımın nə mənası var?" - Cığatel İsaqızı
“Hörmüz boğazı bağlı qalsa, 2015-ci ildəki yüksək neft qiymətlərini yenidən görə bilərik” – Ekspert
13:35 10.03.2026
“Hörmüz boğazı bağlı qalsa, 2015-ci ildəki yüksək neft qiymətlərini yenidən görə bilərik” – Ekspert
Bayrama görə pensiyalar bu tarixdə tam şəkildə ÖDƏNİLƏCƏK
13:28 10.03.2026
Bayrama görə pensiyalar bu tarixdə tam şəkildə ÖDƏNİLƏCƏK
ABŞ və İsrailin mümkün planı: "İrana quru əməliyyat keçirilsə, faciə baş verə bilər"
13:17 10.03.2026
ABŞ və İsrailin mümkün planı: "İrana quru əməliyyat keçirilsə, faciə baş verə bilər"
Aygün Kazımova "Nərgiz" jurnalının üz qabığında - Fotolar
13:16 10.03.2026
Aygün Kazımova "Nərgiz" jurnalının üz qabığında - Fotolar
"Xanəndələrin bəziləri mahnı oxuya bilmir" - Əməkdar artist
13:11 10.03.2026
"Xanəndələrin bəziləri mahnı oxuya bilmir" - Əməkdar artist
Məhkəmədən Rəqsanə İsmayılova barəsində YENİ QƏRAR
13:06 10.03.2026
Məhkəmədən Rəqsanə İsmayılova barəsində YENİ QƏRAR
Medianın İnkişafı Agentliyinin yeni Nizamnaməsi hazırlanacaq
13:03 10.03.2026
Medianın İnkişafı Agentliyinin yeni Nizamnaməsi hazırlanacaq
Rusiyada hicabla bağlı bu qadağa ləğv olundu
12:58 10.03.2026
Rusiyada hicabla bağlı bu qadağa ləğv olundu
Lerikdə 20 kiloqram narkotik vasitə aşkarlandı
12:48 10.03.2026
Lerikdə 20 kiloqram narkotik vasitə aşkarlandı