“Qarabağda mülki əhaliyə qarşı zorakılıq olmayıb” - BMT

“Qarabağda mülki əhaliyə qarşı zorakılıq olmayıb” - BMT
DÜNYA
11:40 03.10.2023
167
BMT Qarabağa gedən nümayəndə heyətinin Ermənistanın mülki əhalisinə qarşı zorakılığa dair heç bir sübut tapmadığını və bölgədəki mülki infrastrukturun hədəfə alınmadığını bildirib.

AZXEBER.COM xəbər verir ki, bu barədə BMT-nin sözçüsü Stefan Düjarrik jurnalistlərə açıqlaması zamanı bildirib.

O, Azərbaycan hökumətinin dəvəti ilə həftəsonu BMT nümayəndə heyətinin Qarabağ bölgəsinə səfəri barədə məlumat verib. 

Nümayəndə heyətinin regionda humanitar ehtiyacları müəyyən etməyə çalışdığını bildirən Düjarrik qeyd edib ki, nümayəndə heyətinin tərkibinə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST), BMT-nin Uşaq Fondu (UNİCEF), BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı (UNHCR) daxil olub. 

Düjarrik nümayəndə heyətinin Laçın və Xankəndi şəhərindəki sərhəd-keçid məntəqəsinə baxış keçirdiyini söyləyib.

"Nümayəndə heyəti erməni mülki şəxslərə qarşı zorakılıq faktı aşkar etmədiklərini və bölgədəki mülki infrastrukturların hədəf alınmadığını bildirdi", - deyə o qeyd edib. 

Ayşən
OXŞAR XƏBƏRLƏR