Rəşad Sadiqov 10 gün yaşıl meydanlardan kənarda qalacaq
“Qarabağ” futbol klubu ciddi itki ilə üzləşib. AZXEBER.COM-un “Qarabağ” futbol klubunun mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Unibank Premyer Liqasının son oyununda komandanın kapitanı Rəşad Sadiqov zədələnərək meydana çıxa bilməyib. 28 yaşlı yarımmüdafiəçi durumuna müayinə olunduqdan sonra aydınlıq gəlib. Tibbi müayinə nəticəsində futbolçunun 10 gün müddətinə yaşıl meydanlardan kənarda qalacağı müəyyənləşib. Xatırladaq ki, “Qarabağ” Unibank Premyer Liqasının ilk mərhələsində sonuncu oyununu martın 7-də Quzanlıda “Simurq”a qarşı keçirəcək.