Topaz Premyer Liqasının I turundan təxirə salınmış matçında "Qarabağ" "Zirə"ni qəbul etdiyi matçda ciddi itkiylə üzləşib.
AZXEBER.COM sportal.az-a istinadən xəbər verir ki, Ağdam klubunun cinah futbolçusu Donald Gerye çiynindən ağır zədələnib. Haitili oyunçunun çiyni çıxıb. O, oktyabrın 4-də baş tutacaq Avropa Liqasının qrup mərhələsinin ikinci turu çərçivəsində "Arsenal"la oyunu buraxmalı olacaq.
Qeyd edək ki, "Qarabağ" - "Zirə" matçı meydan sahiblərinin 3:2 hesablı qələbəsiylə başa çatıb.