“Ölkəmiz Qarabağ qələbəsinin hesabına yeni geosiyasi status əldə edib” – Zahid Oruc

“Ölkəmiz Qarabağ qələbəsinin hesabına yeni geosiyasi status əldə edib” – Zahid Oruc
SİYASƏT
14:55 05.10.2026
167
Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasının (YAP) VIII Qurultayında səsləndirdiyi fikirlərdə Qarabağ və Şərqi Zəngəzura qayıdış, azad edilmiş ərazilərdə məskunlaşma və regionun gələcək inkişafı məsələləri xüsusi yer tutub.

Məsələ ilə bağlı AZXEBER.COM-a açıqlama verən Milli Məclisin deputatı Zahid Oruc bildirib ki, Prezidentin qurultaydakı çıxışı təkcə son 30 ilin deyil, iki əsrlik böyük zaman kəsiyinin mahiyyətini, Azərbaycanın keçdiyi yolun qiymətləndirilməsini və qarşıda duran vəzifələri əhatə edib.

"Öncə onu vurğulayaq ki, cənab Prezidentin Yeni Azərbaycan Partiyasının 8-ci qurultayındakı çıxışı manifest xarakterli idi. Təkcə 30 ilin deyil, 2 əsrlik böyük bir zaman ayrıcının mahiyyəti, keçdiyimiz yolun hesabatı, onun qiymətləndirilməsi və gələcək vəzifələrin müəyyənləşdirilməsi ideallarına xidmət edirdi. Strateji proqram xarakteri daşıyırdı və hər bir çağırış üzərində də dövlət və ictimai qurumlar ciddi bir şəkildə çalışmalıdırlar”, – deyə deputat bildirib.

Zahid Orucun sözlərinə görə, çıxışda Qarabağa qayıdış və azad edilmiş ərazilərdə dayanıqlı məskunlaşma siyasətinə xüsusi yer ayrılması mühüm əhəmiyyət daşıyır:

"Xüsusilə də Qarabağa qayıdış və azad torpaqlarımızdakı dayanıqlı məskunlaşdırma siyasətinə yenə də ayrıca yer ayrılması öz-özlüyündə xüsusi bir mənaya malikdir. Ondan ibarətdir ki, zəfər artıq öz nəticələrini verir. İnsanlarımız hər gün o torpaqlara daimi qayıdış üçün imkanlarının artdığını görürlər və bu, öz-özlüyündə rəqəmlərlə də sübuta yetirilir.

Əgər biz 2021–2026-cı illər dövrünə baxsaq, görərik ki, aparılan ilk quruculuq tədbirləri məhz infrastrukturun bərpasına yönəlmişdir. Çünki yolları, müxtəlif kommunikasiya xətlərini, su, elektrik və qazla əlaqədar görüləcək işləri dövlətimiz, Ali Baş Komandanımız ön yerə qoymasaydı, sonrakı dönəmdə hər hansı bir yaşayış məntəqəsinin inşası tam da orada insanlarımızın rahatlığını təmin etməzdi.

Digər tərəfdən, əlbəttə, başa düşüləndir ki, bütün kəndlərin müasir dövrdəki arxitektura və planla bərpa edilməsi də o qədər asan və ya bəlkə də iqtisadi baxımdan doğru deyil. O cəhətdən tədrici bir yol seçildi”, – deyə o qeyd edib.

Deputat vurğulayıb ki, azad edilmiş ərazilərdə quruculuq işləri yalnız yaşayış məntəqələrinin bərpası ilə məhdudlaşmır. Onun sözlərinə görə, minalardan təmizləmə və uzun illər ərzində dağıdılmış ərazilərin abadlaşdırılması da böyük dövlət resursları tələb edir:

"Digər tərəfdən, biz sadəcə torpaqlarımızı azad etsəydik, bu, şübhəsiz, məskunlaşma üçün sonrakı dövr proqramlarının icrasını daha da asanlaşdırardı. Amma minalar və oradakı uzun onilliklər ərzində, yəni işğal illərində həyata keçirilən və faktiki olaraq "bizim vətən deyil, bufer zonadır” anlayışı ilə daha da zəhərlənən o ərazilərin tamamilə abadlaşdırılmasına gedən dövlət resurslarını da biz nəzərə almalıyıq.

Faktiki olaraq, indi gördüyümüz kimi, Kəlbəcərdən Zəngilana qədər böyük bir məkanda, yəni Küveytin ərazisinə bərabər bir coğrafiyada yeni vətən inşa olunur”.

O əlavə edib ki, dövlət başçısının Qarabağ və Şərqi Zəngəzura mütəmadi səfərləri və burada həyata keçirilən layihələrin açılışlarında iştirakı regionun inkişafına xüsusi diqqət ayrıldığını göstərir:

"Əlbəttə ki, prosesin sürətli getməsi üçün dövlət başçısının mütəmadi olaraq ziyarətlərinə, görüşlərinə, apardığı açılış mərasimlərinə diqqət edirsinizsə, onun ölkəmizin digər əraziləri ilə müqayisədə daha önə tutulduğu və itirilmiş illərin bərpasına yönəldiyi ortadadır.

Qarabağ təkcə Sovetlər Birliyindən sonrakı dövrdə yox, uzun onilliklər siyasi minalı bir əraziyə çevrilərək dövlətimizin sarsıdılmasına, millətimizin faciələrinə yönəlib. İndi isə güclü bir amil kimi qurulur, formalaşır. Bu o deməkdir ki, bundan sonrakı dövrdə bütün bu görülən işlər özünün həm iqtisadi, həm sosial, həm mənəvi nəticələrini verəcəkdir”.

Zahid Orucun sözlərinə görə, Qarabağda əldə olunan nəticələr Azərbaycanın geosiyasi mövqeyinə də təsir edib:

"Lakin ən başlıcası, cənab Prezidentin qeyd etdiyi kimi, ölkəmiz Qarabağ qələbəsinin hesabına yeni geosiyasi status əldə edib. Məhz bunu qorumaq, gücləndirmək və yeni təhlükəsizlik arxitekturası quraraq irəliləmək lazımdır.

Və Qarabağ, Şərqi Zəngəzur, Naxçıvanla vahid bir iqtisadi, siyasi areal təşkil etməlidir. Bu fikirlər ölkə rəhbərinə məxsusdur. Bu sözün strateji bir mənası var. Yəni biz lokal olaraq konkret rayonu, bir ərazini bərpa eləmirik. Daha böyük coğrafiyaları qurmaq iradəsi və strategiyası yürüdürük. Dövlətimizin məramı məhz belədir”.  

Deputat hesab edir ki, azad edilmiş ərazilərin bərpası həm iqtisadi və sosial imkanların genişlənməsinə, həm də cəmiyyətin yeni kimlik xüsusiyyətlərinin formalaşmasına təsir göstərəcək:

"O cəhətdən bütün bu dəyişikliklər həm ölkəmizin coğrafiyasının məhsuldar, mütənasib istifadə imkanlarını verəcəkdir. İnsanlarımızın ora dönüşü və qurub-yaratmaları həm onların özünün fərdi və ailə həyatını dəyişəcək, o cümlədən millətimizin obrazında da yeni xüsusiyyətlər yaradacaqdır. O da qalib kimlik idealıdır”.

O, Qarabağ və Şərqi Zəngəzurda artıq 96 min insanın yaşaması, çalışması və təhsil almasını da mühüm göstərici kimi qiymətləndirib:

"Beləliklə, 96 min rəqəmi artıq orada həm də işləyən, çalışan, təhsil alan insanlarla birlikdə qarşıya qoyulmuş dövlət proqramındakı hədəflərə çatmağa yaxınlaşdığımızı göstərir. Lakin prosesin daha da sürətli getməsi üçün orada çoxlu digər addımların da atılmasına ehtiyac var.

Xüsusilə də özəl sektorun Qarabağda tikinti-inşaat proseslərinə müxtəlif imtiyazlı şərtlərlə cəlb edilməsi dövlət yükünü azaltmağa kömək edərdi. O cümlədən fərdi olaraq insanlarımızın belə can atımları var. Onlar deyirlər ki, öz evini tikməyə qadirdirlər, müəyyən subsidiyalar, yardımlar verildiyi təqdirdə dövlətin şərtləri altında bu işləri həyata keçirə bilərlər”.

Zahid Oruc sonda Qarabağa qayıdışın yalnız məskunlaşma prosesi olmadığını, bunun milli yaddaş və gələcək inkişaf baxımından da əhəmiyyət daşıdığını vurğulayıb:

"Ona görə də hesab edirik ki, Qarabağa qayıdış əslində bizim milli varlığımıza dönüşümüzü təmin edən çox mühüm bir ideoloji hadisədir və cənab Prezident, gördüyünüz kimi, həmin tədbiri yalnız bir partiyanın hesabat yığıncağı və gələcək proqramları hadisəsinə çevirmədi. Artıq dərəcədə sabahımız üçün çox mühüm məsələləri, vəzifələri qarşıya qoydu.

Onun ən vaciblərindən biri də ideoloji idi və biz bir daha bilməliyik və çalışmalıyıq ki, elə edək ki, Qarabağda quruculuq dövlətin və millətin gələcək həyatının ayrılmaz hissəsi kimi, bütün mənalarda, geniş mənada, sözün geniş mənasında həm tarixdəki o varlığına dönüşünü təmin eləməklə, amma həm də gələcəyin milləti kimi qurulmasına kömək eləsin”.
 
Günel Hüseynli
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Magistraturada “pullu”ya düşən 195 tələbə ödənişsiz təhsil alacaq
15:37 05.10.2026
Magistraturada “pullu”ya düşən 195 tələbə ödənişsiz təhsil alacaq
Hacıqabulda narkotik tərkibli bitkilər yetişdirən şəxs saxlanıldı
15:01 05.10.2026
Hacıqabulda narkotik tərkibli bitkilər yetişdirən şəxs saxlanıldı
“Ölkəmiz Qarabağ qələbəsinin hesabına yeni geosiyasi status əldə edib” – Zahid Oruc
14:55 05.10.2026
“Ölkəmiz Qarabağ qələbəsinin hesabına yeni geosiyasi status əldə edib” – Zahid Oruc
Bu müəllimlərin maaşı artacaq - 2500-3000 manat...
14:50 05.10.2026
Bu müəllimlərin maaşı artacaq - 2500-3000 manat...
Könül Nurullayeva: “Qarşımızda yeni dövlətçilik vəzifələri dayanır”
14:32 05.10.2026
Könül Nurullayeva: “Qarşımızda yeni dövlətçilik vəzifələri dayanır”
AccessBank-ın tərəfdaşlığı ilə “VətəndəSƏN” II Qarabağ Təhsil Forumu keçirildi - FOTOLAR
14:26 05.10.2026
AccessBank-ın tərəfdaşlığı ilə “VətəndəSƏN” II Qarabağ Təhsil Forumu keçirildi - FOTOLAR
“Azərbaycanın təkbaşına mübarizə aparması mühüm siyasi reallıq idi”
14:23 05.10.2026
“Azərbaycanın təkbaşına mübarizə aparması mühüm siyasi reallıq idi”
Bayram günü müəllimlərə hədiyyə alınmalıdır? - Misir Mərdanov danışdı
14:13 05.10.2026
Bayram günü müəllimlərə hədiyyə alınmalıdır? - Misir Mərdanov danışdı
Bakıda 18 yaşlı oğlan məktəbin qarşısında öldürüldü
13:57 05.10.2026
Bakıda 18 yaşlı oğlan məktəbin qarşısında öldürüldü
Qanunsuz plastik əməliyyat edən iki həkim cəzalandırıldı
13:44 05.10.2026
Qanunsuz plastik əməliyyat edən iki həkim cəzalandırıldı
Ziyafət Əsgərov: “Qarşımızda duran əsas məsələlərdən biri Qərbi Azərbaycana qayıdışdır”
13:41 05.10.2026
Ziyafət Əsgərov: “Qarşımızda duran əsas məsələlərdən biri Qərbi Azərbaycana qayıdışdır”
“Savadlısan, amma bu xəttin başına bəla olacaq” – Deputatların müəllimlərlə bağlı xatirələri
13:19 05.10.2026
“Savadlısan, amma bu xəttin başına bəla olacaq” – Deputatların müəllimlərlə bağlı xatirələri
Sabahın havası ilə bağlı xəbərdarlıq - Leysan olacaq
13:09 05.10.2026
Sabahın havası ilə bağlı xəbərdarlıq - Leysan olacaq
Rayonlarda pensiyalar bu tarixdə ödəniləcək
13:01 05.10.2026
Rayonlarda pensiyalar bu tarixdə ödəniləcək
"Quba Palace Hotel"in Qolf meydançasında yeni simalar – məktəblilər üçün dərslər başladı - FOTOLAR
12:58 05.10.2026
"Quba Palace Hotel"in Qolf meydançasında yeni simalar – məktəblilər üçün dərslər başladı - FOTOLAR
İlham Əliyev Malayziyanın yeni səfirini qəbul etdi - FOTOLAR
12:49 05.10.2026
İlham Əliyev Malayziyanın yeni səfirini qəbul etdi - FOTOLAR