Qarabağdakı separatçı-terrorçu rejimin "təmsilçi"lərindən biri Rusiyada həbs edildi

Qarabağdakı separatçı-terrorçu rejimin "təmsilçi"lərindən biri Rusiyada həbs edildi
SİYASƏT
16:30 17.12.2021
422
Azərbaycanın vaxtilə işğal altında olmuş, hazırda Rusiya sülhməramlılarının müvəqqəti nəzarət etdiyi Qarabağ bölgəsindəki separatçı-terrorçu rejimin "təmsilçi"lərindən biri olan Boris Avaqyan Rusiyada həbs edilib.

O, Sankt-Peterburq şəhərində saxlanılıb.

Rusiyanın hüquq-mühafizə orqanları B.Avaqyanı qaçaqmalçılığa görə axtarışa veribmiş.

Onun dövlət sərhədini necə keçərək Rusiya ərazisində peyda olması məsələsi də araşdırılır.

Qeyd edək ki, B.Avaqyan separatçı-terrorçu rejimin "təhlükəsizlik xidməti"nin direktor müavini olub.
 
//Report
OXŞAR XƏBƏRLƏR