“Qarabağdan Aksaraya könül körpüsü: Azərbaycan-Türkiyə Qardaşlıq Gecəsi” keçirilib

“Qarabağdan Aksaraya könül körpüsü: Azərbaycan-Türkiyə Qardaşlıq Gecəsi” keçirilib
SOSİAL
12:23 27.07.2017
1145

Milllət vəkili Qənirə Paşayevanın rəhbərlik etdiyi Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB,  Aksaray Bələdiyyəsinin təşkilatçılığı ilə baş tutan gecədə Aksaray bələdiyyə başqanı Haluk Şahin Yazqı, millət vəkilləri, partiyaların rəsmiləri, QHT və KİV rəhbərləri və çoxlu sayda yerli sakin iştirak edib.

Gecədə çıxış edən Aksaray bələdiyyə başqanı Haluk Şahin Yazqı millət vəkili Q.Paşayevanın təşəbbüsü və onun rəhbərlik etdiyi Avarsiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin dəsətəyi ilə tarixi Aksarayda Qarabağ parkı və abidəsinin açılışı və "Qarabağdan Aksaraya könül körpüsü: Azərbaycan-Türkiyə Qardaşlıq Gecəsi”nin keçirilməsindən və bu işə dəstək verməkdən böyük məmunluq duyduqlarını deyib. Bələdiyyə başqanı Azərbaycan və Türkiyə əlaqələrinin möhkəm bağlarla bağlandığını dilə gətirib. Onun sözlərinə görə bu cür gecələrin təşkili dostluq və qardaşlığımızın göstəricisidir.

Daha sonra söz millət vəkili Qənirə Paşayevaya verilib. O, hər iki ölkənin birliyinin göstəricisi olan gecədə birlik və qardaşlıq münasibətilə hər kəsi təbrik edib. "Türkiyənin uğuru bizim və bütün türk dünyasının uğuru, bizim uğurumuz Türkiyənin və bütün türk dünyasının uğurudur”. Türkiyənin hər bir uğuruna Azərbaycanın uğuru kimi sevindiyimizi deyən millət vəkili Q.Paşayeva Türk dünyasının ağırı açılarından da danışıb:” Azərbaycan torpaqlarının 20%- i Ermənistan tərəfindən işğal edilib və bu işğal bu gün də davam edir. İşğal nəticəsində 1 milyondan çox soydaşımız yurd-yuvasından didərgin düşüb. Onlar hələ də evlərinə dönə bilmədikləri üçün vətən həsrəti çəkir. Azərbaycan torpaqlarının Ermənistanın işğalından azad etmək və o insanların öz doğma torpaqlarına qayıtmağı üçün Azərbaycan və Türkiyənin güclərini daha da birləşdirəcəyinə inanıram. İnşaallah bu cür tədbirləri gələcəkdə Dağlıq Qarabağda, Xankəndidə, Şuşada, Kəlbəcərədə və digər o gözəl torpaqlarda qeyd edək”. Azərbaycan və Türkiyənin birliyindən bəhs edən gecədə  millət vəkili Qənirə Paşayevanın rəhbərliyi ilə qardaş ölkəyə səfər edən  Azərbaycanın Əməkdar Artisti Aybəniz Haşımova, sənətçi İlham Əsgəroğlu, istedadlı gənc sənətçi Aynişan Quliyeva, gənc muğam ifaçısı Nicat Aksaraylıları Azərbaycan musiqisi ilə heyran ediblər. Gece alqışlara qarşılanıb. 

Gecənin sonunda sənətçilərlə birlikdə hər kəs "Çırpınırdı Qara dəniz baxıb Türkü bayrağına" əsəri və "Qarabağ şikəstəsi"ni oxuyublar.  Aksaray bələdiyyə başqanı deyib ki bundan sonra hər il Qarabağ parkında belə bir gecənin keçirilməsinə çalışacaqlar.  Millət vəkili Q.Paşayeva isə deyib ki hər il Aksarayda belə bir gecənin baş titması üçün dəstək göstərməyə hazırıq və inanırıq ki Aksaraylılar bu gün olduğu kimi hər zaman Azərbaycan mədəniyyətini alqışlarla qarşılayacaqlar.  Millət vəkili Q.Paşayeva Aksaraydan Qarabağa Könül Köprüsü adlı növbəti gecənin Aksaray bələdiyyə başqanı, üzvləri və Aksaraydan sənətçilərin iştirakı ilə Azərbaycanda keçiriləcəyini bildirib və hər kəsi dəvət edib. 

Tədbirin sonunda millət vəkili Q.Paşayeva Aksaray bələdiyyə başqanı Haluh Şahin Yazqıya Avrasiya Beynəlxalq Araaşdırmalar İnstitutu adından mükafat və Azərbaycan mədəniyyəti ilə bağlı hədiyyələr təqdim edib.  Gecə atəşfəşanlıqla başa çatıb.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
"UFC Fight Night": Əsas kartın ilk döyüşündə tacikistanlı idmançı qalib gəldi
23:55 21.06.2025
"UFC Fight Night": Əsas kartın ilk döyüşündə tacikistanlı idmançı qalib gəldi
İsrail ordusu Bəndər-Abbasa zərbələr endirib
23:50 21.06.2025
İsrail ordusu Bəndər-Abbasa zərbələr endirib
Türkiyəli jurnalist Fatih Altaylı saxlanıldı
23:26 21.06.2025
Türkiyəli jurnalist Fatih Altaylı saxlanıldı
https://apa.az/xarici-siyaset/ceyhun-bayramov-iet-in-nazirler-surasinin-fovqelade-iclasinda-cixis-edib-905867#:~:text=0-,Ceyhun%20Bayramov%20%C4%B0%C6%8FT%2Din%20Nazirl%C9%99r%20%C5%9Euras%C4%B1n%C4%B1n%20f%C3%B6vq%C9%99lad%C9%99%20iclas%C4%B1nda%20%C3%A7
23:22 21.06.2025

İmamla qoşulub qaçan 16 yaşlı qız danışdı - Video
23:13 21.06.2025
İmamla qoşulub qaçan 16 yaşlı qız danışdı - Video
Sumqayıtda kişi meyiti tapılıb
22:52 21.06.2025
Sumqayıtda kişi meyiti tapılıb
Tramp və Ərdoğanın danışıqlar cəhdi Xameneiyə görə baş tutmayıb
22:28 21.06.2025
Tramp və Ərdoğanın danışıqlar cəhdi Xameneiyə görə baş tutmayıb
Bakıda keçirilən UFC-də ilk qadın qalib Siqula olub
22:15 21.06.2025
Bakıda keçirilən UFC-də ilk qadın qalib Siqula olub
Gürcüstan Prezidenti 37 nəfəri əfv edib
21:58 21.06.2025
Gürcüstan Prezidenti 37 nəfəri əfv edib
Bakıda ilk UFC qalibi Muhammed Usman olub
21:52 21.06.2025
Bakıda ilk UFC qalibi Muhammed Usman olub
Ceyhun Bayramov İndoneziya Respublikasının xarici işlər naziri Suqiono ilə görüşüb - FOTO
21:37 21.06.2025
Ceyhun Bayramov İndoneziya Respublikasının xarici işlər naziri Suqiono ilə görüşüb - FOTO
Husilər yenidən ABŞ-ı hədələyib
21:22 21.06.2025
Husilər yenidən ABŞ-ı hədələyib
İran Prezidenti atom enerjisi üzrə dialoqa hazır olduğunu bildirib
21:10 21.06.2025
İran Prezidenti atom enerjisi üzrə dialoqa hazır olduğunu bildirib
Tanınmış MTK ağacları kəsibmiş.. - Rəsmi açıqlama
21:02 21.06.2025
Tanınmış MTK ağacları kəsibmiş.. - Rəsmi açıqlama
Azərbaycan və Suriya xarici işlər nazirləri İstanbulda görüşüb
20:52 21.06.2025
Azərbaycan və Suriya xarici işlər nazirləri İstanbulda görüşüb
Ukrayna və Britaniya XİN rəhbərləri cəbhədəki vəziyyəti müzakirə edib
20:36 21.06.2025
Ukrayna və Britaniya XİN rəhbərləri cəbhədəki vəziyyəti müzakirə edib