"Qarabağ" Madriddə tarix yazdı: "Atletiko" yenə bacarmadı

"Qarabağ" Madriddə tarix yazdı: "Atletiko" yenə bacarmadı
TOP4
00:31 01.11.2017
3192

Çempionlar Liqasında II dövrəyə start verilib. Apasport.az saytının məlumatına görə, Azərbaycan çempionu "Qarabağ” IV turun ilk oyun günündə meydana çıxıb.

 

Ağdam təmsilçisi səfərdə "Atletiko” ilə görüşüb. Madrid təmsilçisi ilə qarşılaşma yeni inşa olunan "Metroplitano” stadionunda keçirilib.

 

Turnir cədvəlinin aşağı pillələrində qərarlaşan komandaların duelində qalib müəyyənləşməyib. Qrupda qələbəsi olmayan Qurban Qurbanovun yetirmələri səfərdən 1 xalla dönməyi bacarıb.

 

Oyunda hesabı təmsilçimiz açıb. Miçel 40-cı dəqiqədə künc zərbəsindən ötürülən topu effektli baş zərbəsi ilə tora göndərib. İlk hissəni bu hesabla başa çatıb.

 

İkinci hissədə təzyiqi artıran rəqib bir neçə epizodda qola yaxın olsa da, bu istəyinə 56-cı dəqiqədə nail olub. Tomas əla qola imza atıb.

 

3 dəqiqə sonra isə "Qarabağ" meydanda azlıqda qalıb. Dieqo Qodinin üzünə ayaqla zərbə endirən Pedro birbaşa qırmızı vərəqə ilə meydan qovulub.

 

Meydan sahiblərinin say üstünlüyü yarım saat çəkib. Bu müddətdə hesabda önə keçə bilməyən Dieqo Simeonenin komandası 88-ci dəqiqədə Saviçi itirib. Serb müdafiəçi ikinci "sarı" ilə oyunu tərk edib.

 

Qalan dəqiqələrdə başqa qol olmayınca matç 1:1 hesablı bərabərliklə başa çatıb.

 

Bu nəticə ilə "Qarabağ”ın 1/8 final şansları davam edir. 

 

Çempionlar Liqası

IV tur, C qrupu

31 oktyabr

 

"Atletiko” (İspaniya) – "Qarabağ” (Azərbaycan) - 1:1

Qırmızı vərəqələr: Saviç, 88 (ikinci sarı) - Pedro Enrike, 59 (birbaşa)

Qollar: Tomas, 56 - Miçel, 40

 

Baş hakim: Deniz Aytekin

Baş hakimin köməkçiləri: Qvido Kleve, Markus Hakker

Əlavə köməkçi hakimlər: Daniel Siebert, Bencamin Brand

Dördüncü hakim: Eduard Beytinqer (hamısı Almaniya)

Madrid. "Metropolitano” stadionu

 

OXŞAR XƏBƏRLƏR