“Qarabağ”dan yeni rekord

“Qarabağ”dan yeni rekord
İDMAN
18:31 30.10.2019
6193
Ağdamın "Qarabağ” klubu Azərbaycan çempionatları tarixinin rekorduna imza atıb.
 
APA -nın məlumatına görə, Qurban Qurbanovun baş məşqçisi olduğu komanda bunu Premyer Liqanın IX turunun "Səbail”lə görüşündə rəsmiləşdirib.
 
 
1:0 hesabı ilə qalib gələn əyalət klubu ölkə çempionatlarındakı məğlubiyyətsiz oyunlar seriyasını 29-a çatdırıb. Cari mövsümün 9 görüşündə uduzmayan "Qarabağ” ötən çempionatın son 20 matçında da məğlub olmayıb. 2018-ci il oktyabrın 28-də keçirilən VIII turun "Neftçi” ilə səfər qarşılaşmasından (1:3) sonra son çempion 23 qələbə qazanıb və 6 heç-heçə edib.
 
Bu, texniki nəticələr nəzərə alınmamaqla Azərbaycan çempionatları tarixinin yeni rekordudur. Bunadək ən yüksək göstərici 1997-98-ci illərdə ardıcıl 28 matçda uduzmayan "Kəpəz”ə məxsus idi.
OXŞAR XƏBƏRLƏR