Türkiyənin "Sabah" qəzetinin köşə yazarı Mevlut Tezel "Qarabağ" plakatı qaldırıb.
AZXEBER.COM-un məlumatına görə, bir neçə gün öncə "Qarabağ" azarkeşlərinin stadionda qaldırdığı plakata "dünyanın ən əzik xareoqrafiyası" adı verən jurnalist geri addım atıb.
O ilk olaraq Azərbaycan xalqından üzr istəyib və yanlış anlaşıldığını deyib.
Yazar bu gün isə qəzetin redaksiyasında "Qarabağ" yazılan plakatı qaldırıb və komandamıza uğurlar arzulayıb.
