Qarabağın Alban irsi ilə bağlı mühüm mesaj: “Bu abidələrə sahib çıxmalıyıq”

Qarabağın Alban irsi ilə bağlı mühüm mesaj: “Bu abidələrə sahib çıxmalıyıq”
SOSİAL
14:39 16.09.2026
754
Məlum olduğu kimi, işğaldan azad edilmiş Qarabağda tarixi və mədəni irsin bərpası istiqamətində genişmiqyaslı işlər həyata keçirilir.

Bölgədə yerləşən Alban xristian irsinə aid abidələr də bu prosesin mühüm istiqamətlərindən biridir. Bu abidələrin bərpası ilə yanaşı, onların tarixi mənsubiyyətinin elmi əsaslarla araşdırılması və beynəlxalq ictimaiyyətə düzgün təqdim edilməsi də diqqət çəkən məsələlərdəndir.

Mövzu ilə bağlı AZXEBER.COM-a açıqlamasında AMEA-nın əməkdaşı, türkoloq-alim Faiq Ələkbərli bildirib ki, Qarabağda və Azərbaycanın digər bölgələrində yerləşən Alban xristian abidələri Azərbaycan xalqının tarixi və mədəni irsinin bir hissəsidir:
"Ümumiyyətlə, Qarabağda və Azərbaycanın digər bölgələrində olan Alban xristian abidələri Azərbaycan xalqının abidələridir. Vaxtilə xristianlığı qəbul etmiş türk tayfaları olmuş, Azərbaycan türklərinin hər halda bir qismi xristianlığı qəbul etmişdilər ki, məhz onların bu abidələridir. İstər bu monastır olsun, yəni burada əsas məsələ budur ki, biz bu abidələrə sahib çıxmalıyıq. Təəssüflər olsun ki, son illərə qədər biz bu abidələri ermənilərin övladlarına satmışıq, bizdə elə qəbul etmişik. Halbuki bu qətiyyən belə deyildi. Bu abidələr məhz Azərbaycan xalqının abidələridir, xristian əhalisinin abidələridir. Bunlar, şübhəsiz ki, Azərbaycan türklərinin bir qisminin, dediyimiz kimi, xristianlığı qəbul etmiş əhalinin abidələridir”.

Faiq Ələkbərli qeyd edib ki, sözügedən abidələrin beynəlxalq ictimaiyyətə düzgün təqdim olunması vacibdir:
"Bu abidələrə sahib çıxmaq bizim borcumuzdur. Bu abidələr məhz Azərbaycan xalqına məxsus olmuş dini abidələrdir. İstər tarixi, istər fəlsəfi, istər mədəni anlamda da beynəlxalq ictimaiyyətə bu yöndə çatdırmalıyıq. Əlbəttə, bu ancaq bu üsulla biz yunanların və yaxud da ermənilərin bizə qarşı apardığı təbliğata son verə bilərik. Hər halda, indiyə qədər bizim şüurlarımıza yeridilmiş bu kimi fikirlərdən də uzaq durmağın ən yaxşı yolu məhz Azərbaycanın xristian əhalisinin, Azərbaycan türklərinin bir qisminin əhalisinin abidələrini mənimsəmək, yəni başqasının mənimsəməsini doğru şəkildə beynəlxalq ictimaiyyətə çatdırmaq lazımdır”.

Türkoloq-alim bildirib ki, son illərdə Alban xristian irsi ilə bağlı elmi araşdırmaların aparılması da bu istiqamətdə mühüm əhəmiyyət daşıyır:
"Son dövrlərdə bununla bağlı ciddi elmi əsərlər yazılıb, tədqiqatlar aparılıb. Qeyd edim ki, məhz hüquqi sistemli şəkildə desək, hər halda erməni təbliğatının qarşısını almaq bir yana, tarixi abidələrimizə də sahib çıxmış olarıq”.

Fəridə Əsədzadə
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
"Haber Global": 44 gündə yazılan dastan - Video
22:58 07.11.2026
"Haber Global": 44 gündə yazılan dastan - Video
"Reuters": Rubio Dövlət Departamentində nizam-intizamı gücləndirməyi tələb edib
22:52 07.11.2026
"Reuters": Rubio Dövlət Departamentində nizam-intizamı gücləndirməyi tələb edib
Demokratlar Ukraynaya 15 milyard dollarlıq yardım paketi hazırlayır
22:41 07.11.2026
Demokratlar Ukraynaya 15 milyard dollarlıq yardım paketi hazırlayır
Zəfər Günü münasibətilə Ağdam, Füzuli və Xocavənddə məktəblilər arasında futbol turniri keçirilib
22:30 07.11.2026
Zəfər Günü münasibətilə Ağdam, Füzuli və Xocavənddə məktəblilər arasında futbol turniri keçirilib
Ərdoğanın Azərbaycana səfər proqramı bəlli olub
22:19 07.11.2026
Ərdoğanın Azərbaycana səfər proqramı bəlli olub
Türkiyə Super Liqası: “Qalatasaray” “Amed”i məğlub edib
22:11 07.11.2026
Türkiyə Super Liqası: “Qalatasaray” “Amed”i məğlub edib
Ərdoğan Trampla İran və Ukraynanı müzakirə edib
21:59 07.11.2026
Ərdoğan Trampla İran və Ukraynanı müzakirə edib
Oryol və Saratova hava hücumları nəticəsində müəssisələrə və yaşayış binalarına ziyan dəyib
21:50 07.11.2026
Oryol və Saratova hava hücumları nəticəsində müəssisələrə və yaşayış binalarına ziyan dəyib
Ronaldo tarix yazdı
21:43 07.11.2026
Ronaldo tarix yazdı
Anasının qəbrinin yanında meyiti tapıldı
21:35 07.11.2026
Anasının qəbrinin yanında meyiti tapıldı
Husilər ər-Riyad hava limanına və “Saudi Aramco” obyektlərinə zərbələr endirdiklərini açıqlayıblar
21:25 07.11.2026
Husilər ər-Riyad hava limanına və “Saudi Aramco” obyektlərinə zərbələr endirdiklərini açıqlayıblar
İspaniyanın məşhur fəvvarəsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı
21:15 07.11.2026
İspaniyanın məşhur fəvvarəsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı
Krakovda atışma nəticəsində ölənlərin sayı 5-ə çatıb
21:06 07.11.2026
Krakovda atışma nəticəsində ölənlərin sayı 5-ə çatıb
Binəqədidə “Zəfər zirvəsinə ucalan Azərbaycan-Qalib xalqın qüdrəti” adlı tədbiri keçirildi
20:58 07.11.2026
Binəqədidə “Zəfər zirvəsinə ucalan Azərbaycan-Qalib xalqın qüdrəti” adlı tədbiri keçirildi
Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm
20:51 07.11.2026
Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm
Rumıniya sahillərində tankerdə beş nəfərin meyiti aşkarlanıb
20:43 07.11.2026
Rumıniya sahillərində tankerdə beş nəfərin meyiti aşkarlanıb