"Qarabağ"ın Avroliqa oyunlarının başlama vaxtı məlum olub

"Qarabağ"ın Avroliqa oyunlarının başlama vaxtı məlum olub
İDMAN
12:12 27.08.2016
1416
Avropa Liqasının C qrupunda mübarizə aparacaq "Qarabağ" klubunun səfər oyunlarının başlama saatı və oyunların keçiriləcəyi stadionlar açıqlanıb.
Ağdam təmsilçisi ilk oyununa İtaliyanın Florensiya şəhərində çıxacaq.
Sentyabrın 29-da "Artemio Franki" stadionunda "Fiorentina" ilə baş tutacaq görüş Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. Noyabrın 3-nə təsadüf edən Yunanıstan PAOK-u ilə görüş Saloniki şəhərində yerləşən "Tumba" stadionunda keçiriləcək. Həmin oyunun start fiti 23:05-də səslənəcək.
"Qarabağ"ın sonuncu səfər oyunu Çexiyanın Liberets şəhərində "Slovan"a qarşı olacaq. Noyabrın 24-də keçiriləcək oyun Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.
Avropa futbol qurumu "Qarabağ"ın ev oyunlarının başlama vaxtını açıqlamasa da, görüşlərin Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcəyini qeyd edib
/// Report
OXŞAR XƏBƏRLƏR