UEFA Avropa Liqasının 1-ci təsnifat mərhələsində keçiriləcək "Qarabağ” - "Vestri” (İslandiya) oyunlarının başlama saatları müəyyənləşib.
AZXEBER.COM bu barədə UEFA-nın saytına istinadən xəbər verir.
Komandalar arasında ilk görüş iyulun 9-da Bakıda keçiriləcək. Tofiq Bəhramov adına Respublika Stadionunda oynanılacaq matç saat 20:00-da başlayacaq.
Cavab qarşılaşması isə iyulun 16-da İslandiyanın paytaxtı Reykyavikdə yerləşən "Valbjarnarvöllur” stadionunda təşkil olunacaq. Görüş yerli vaxtla saat 20:00-da (Bakı vaxtı ilə 17 iyul, saat 00:00-da) start götürəcək.











































