"Qarabağ"ın baş məşqçisi: "Sabah meydanda taktiki savaş olacaq"

"Qarabağ"ın baş məşqçisi: "Sabah meydanda taktiki savaş olacaq"
İDMAN
14:58 30.09.2025
259
"Kopenhagen"in nə etmək istədiyini bilirik".

Bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının əsas mərhələsinin II turunda "Kopenhagen"ə (Danimarka) qarşı keçirəcəkləri oyundan öncə mətbuat konfransında deyib.

O bildirib ki, "Kopenhagen"in üstün tərəflərini, vacib məqamları futbolçulara çatdırıblar:

"Biz böyük istəklə bu oyunu qazanmaq istəyirik. Nəticədən asılı olmayaraq, biz oyundan zövq almaq istəyirik. Sabah, ola bilsin ki, meydanda taktiki savaş olacaq. Mən özüm də 90 dəqiqə oyunun "içində" olacağam".

Qeyd edək ki, "Qarabağ" - "Kopenhagen" oyunu oktyabrın 1-də, saat 20:45-də Tofiq Bəhramov adına Respublika stadionunda start götürəcək.
 
\oxu.az
OXŞAR XƏBƏRLƏR