"Qarabağ"ın bəzi futbolçuları xəstələndikləri üçün fasilədən sonra komandaya gec qoşulublar

"Qarabağ"ın bəzi futbolçuları xəstələndikləri üçün fasilədən sonra komandaya gec qoşulublar
İDMAN
11:47 09.01.2026
156
"Qarabağ"ın bəzi futbolçuları xəstələndikləri üçün fasilədən sonra komandaya gec qoşulublar.

Bunu Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov mətbuat konfransında deyib.

"Futbolçular pis istirahət etməyiblər. Xəstələndikləri üçün kollektivə qoşulmayanlar var idi. Komandaya yaxşı qayıdıblar, üzləri gülür. Həvəslə məşq ediblər", - təcrübəli mütəxəssis vurğulayıb.

O, klubda maliyyə ilə bağlı sıxıntının olmadığını söyləyib:

"Hazırda yoxlama oyunlarında güclü rəqiblərlə üz-üzə gəlməyə hazır deyilik. Oynayacağımız kollektivlər də ciddidir".

Qeyd edək ki, "Qarabağ" 2026-cı ildə ilk rəsmi oyununu yanvarın 21-də UEFA Çempionlar Liqasının əsas mərhələsində Bakıda Almaniyanın "Ayntraxt" (Frankfurt) klubuna qarşı keçirəcək.
OXŞAR XƏBƏRLƏR