Qarabağın erməni ictimaiyyətinin nümayəndələri Bakıya gələcəkmi? - Deputat danışdı

SİYASƏT
13:47 13.03.2023
2307
Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikası Prezidentinin Administrasiyası Qarabağın erməni ictimaiyyətinin nümayəndələrini reinteqrasiya ilə bağlı təmasların davam etdirilməsi, habelə Qarabağda infrastruktur layihələrinin reallaşdırılması məsələlərinin müzakirəsi üçün ikinci görüşə dəvət edib. Bu barədə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasından məlumat verilib.

Görüşün yaxın günlərdə Bakı şəhərində keçirilməsi təklif olunur.

Milli Məclisin deputatı Arzu Nağıyev AZXEBER.COM-a açıqlamasında mümkün görüşlə bağlı fikirlərini bildirib.

Deputat qeyd edib ki, ölkəmiz humanist addım ataraq ikinci görüşün keçirilməsi məsələsinə müsbət yanaşıb:

"Azərbaycan humanist addım ataraq ikinci görüşün keçirilməsi məsələsinə müsbət yanaşıb. Lakin erməni tərəfinin kütləvi informasiya vasitələrində yaydığı məlumatlar da bir daha göstərir ki, onlar bu reinteqrasiya məsələsini qəbul etmir. Sadəcə olaraq, həmin ərazilərdə - yataqlarda montorinqin keçirilməsi və bu istiqamətdə danışıqlara gedə biləcəyini açıqlamışdılar.

Əsas məqam ondan ibarətdir ki, ikinci görüşün baş tutmasını, təbii ki, erməni tərəfi istəmir. Çünki ilk danışıqlardan sonra ermənilər tərəfindən təxribatın törədilməsi, alternativ yolla silah-sursatın daşınması məsələsi gündəmə gəldi. Qondarma qrupun rəhbərliyi – başqa separatçı, quldurbaşı Araik Arturyan olmaqla, bu görüşdə ancaq müxtəlif tərəflər kimi belə qondarmaq statusla çıxış etmək istəyirdilər. Hər hansı bir icma adı altında çıxış etmək istəmirlər. Buna görə də, baş tutub-tutmaması sual altındadır. Biz onların nümayəndəsi kimi, Azərbaycan Konstitusiyasını pozmayan, eyni zamanda hərbi cinayətlərdə əli olmayan erməni icmasının üzvlərini görə bilərik”.

Deputat həmçinin bildirib ki, bu görüşdə hər hansı bir statusdan söhbət gedə bilməz:

"Ona görə də düşünürəm ki, bu görüşün keçirilib-keçirilməməsi hələ sual altındadır. Biz yenə də humanist addımlarımızı atmaqda davam edirik. Bu görüşə hansısa beynəlxalq səviyyədə status vermək məqsədəuyğun deyil və belə bir məsələ olmayacaq, hər hansı bir statusdan söhbət gedə bilməz”.

Aydın Nuri

OXŞAR XƏBƏRLƏR