"Qarabağ"ın əsas müdafiəçisi zədələndi

İDMAN
04:23 27.07.2023
237
"Qarabağ"ın futbolçusu Elvin Cəfərquliyev zədələnib.

AZXEBER.COM xəbər verir ki, 23 yaşlı müdafiəçi Polşada "Rakuv"a qarşı keçirilən UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyununda sıradan çıxıb.

Gənc oyunçu 70-ci dəqiqədə Maksim Medvedevlə əvəzlənib.

Qeyd edək ki, matç "Qarabağ"ın 3-2 hesablı məğlubiyyəti ilə başa çatıb.
OXŞAR XƏBƏRLƏR