"Qarabağ"ın "Ferenstvaroş"la oyununda VAR sistemindən istifadə olunacaq

"Qarabağ"ın "Ferenstvaroş"la oyununda VAR sistemindən istifadə olunacaq
İDMAN
18:55 30.07.2022
364
"Qarabağ"ın UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində Macarıstan "Ferenstvaroş"una qarşı keçirəcəyi oyunlarında video-köməkçi hakim (VAR) sistemindən istifadə olunacaq.

AZXEBER.COM xəbər verir ki, VAR sistemi ilk dəfə III təsnifat mərhələsinin matçlarında tətbiq olunacaq.

Avropa futbol qurumu VAR qurğusunu çatdırmaq üçün klublar və televiziya yayıma cavabdeh olan müvafiq telekanallarla sıx əməkdaşlıq edir.

"Qarabağ" "Ferenstvaroş"a qarşı ilk matçını avqustun 3-də Bakıda, cavab qarşılaşmasını isə avqustun 9-da Budapeştdə keçirəcək.
OXŞAR XƏBƏRLƏR