'Qarabağ'ın futbolçuları Ermənistana qalib gəldi

İDMAN
11:36 15.08.2013
1518
"Qarabağ" klubunun albaniyalı legionerləri - Admir Teli və Ansi Aqolli ötən gün Ermənistanla baş tutan yoldaşlıq görüşündə iştirak ediblər.
AZXEBER.COM-un Qol.Az-a istinadən verdiyi məlumata görə, Albaniyada keçirilən oyun 2:0 hesabı ilə meydan sahiblərinin xeyrinə başa çatıb.Qeyd edək ki, Ermənistanla oyunda Aqolli 90 dəqiqə meydanda olduğu halda, Teli fasilədə əvəzlənib.
OXŞAR XƏBƏRLƏR