"Qarabağ"ın futbolçusu hakimi təhqir etdiyi üçün cəzalandı

İDMAN
14:37 27.09.2023
233
AFFA İntizam Komitəsi "Qarabağ-2"nin futbolçusu Hüseyn Hüseynlini 4 oyunluq cəzalandırıb.

Buna 23 yaşlı yarımmüdafiəçinin "Qəbələ-2"yə 2:3 hesabı ilə uduzduqları Əvəzedicilər Liqasının VII turunun oyununda hakimi təhqir etdiyi üçün birbaşa qırmızı vərəqə alması səbəb olub.

Ağdam təmsilçisi buna görə 300 manat cərimələnib.

Sözügedən qarşılaşmada xərəkdaşıyan uşaqların sayı əsasnamədə göstəriləndən az olduğu üçün "Qəbələ"yə 80 manat cərimə kəsilib.
OXŞAR XƏBƏRLƏR