Azərbaycan U-19 Liqasının qalibi olan "Qarabağ” komandası UEFA Gənclər Liqasında növbəti oyununu keçirib.
Ağdam təmsilçisi V tur çərçivəsində İngiltərənin "Çelsi” komandasını qəbul edib.
Bakıda baş tutan görüşdə qonaqlar 3:1 hesabı ilə qalib gəliblər. 50-ci dəqiqədə Yaroslav Deda "Qarabağ”ı hesabda irəli çıxarıb. Lakin bundan sonra Rəşad Sadıqovun yetirmələri qapılarında üç top görüblər.
Martell Teylor-Krossdeyl (60-cı dəqiqə), Çarli Braun (69) və Corc Makiçran (76) adlarını tabloya yazdırıblar.
///oxu.az