"Qarabağın hava qapısı"

"Qarabağın hava qapısı"
SOSİAL
16:10 28.10.2021
911
Rəşadətli Azərbaycan Ordusu Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə möhtəşəm bir tarix yazdı, xalqımız hələ də bu böyük zəfərin bayram ovqatı içindədir. 2020-ci ilin 27 sentyabr günündən düşmənin hərbi təxribatlarına qarşı əks-hücum əməliyyatlarını uğurlu nəticə ilə başa çatdıran Azərbaycan Ordusu həm də yeni bir səhifə açdı. Bu səhifədən ölkəmizin və ümumilikdə regionun parlaq gələcəyi, Cənubi QafqaAzərbaycan-Türkiyə arasındakı qardaşlıq münasibətlərinin yeni salnaməsidir. Türkiyə öz dəstəyini heç zaman Azərbaycandan əsirgəməyib. Azərbaycan da Türkiyənin hər zaman yanında olub. Doğma ölkənin apardığı haqq işinə yardım etməyi, həmrəylik nümayişini həmişə özünə mənəvi borc bilib. Son tarixi proseslər isə Ulu Öndər Heydər Əliyevin Azərbaycan və Türkiyə münasibətlərini dəyərləndirərək irəli sürdüyü "Bir millət, iki dövlət” formulunu gerçək həyatda bir daha reallığa çevirdi. Biz bu qələbəmizlə qardaş Türkiyə ilə yeni tarixi nailiyyətlərə imza atacaq, daha böyük uğurlar qazanacağıq.

Zəngəzur dəhlizinin işə düşməsi, dünya miqyasında mühüm tarixi hadisə kimi qəbul edilir. Onun müxtəlif aspektləri vardır, həmin aspektlər kompleks şəkildə Azərbaycanda müstəqil dövlət quruculuğu kursunun uğurlarını ifadə edir. Əhəmiyyətlidir ki, bu məqam bütövlükdə region və beynəlxalq aləm üçün pozitiv bir məqamı əks etdirir. Azərbaycan müasir tarixi mərhələdə xalqların rifahının yaxşılaşmasına, dövlətlərin suverenliyinin möhkəmlənməsinə xidmət edən proqramlar həyata keçirir. Bu isə o deməkdir ki, Azərbaycan artıq dünya miqyasında müstəqil mövqeyi olan və sözünə qiymət verilən nüfuzlu dövlətdir. Zəngilan Şərqi Zəngəzur bölgəsində yerləşir və buradan keçən Zəngəzur dəhlizi bütün Türk dünyasını birləşdirəcək. Həm Azərbaycan, həm Türkiyə Zəngəzur dəhlizinin gerçəkləşməsi üçün əməli addımlar atır və bu addımlar yaxın gələcəkdə öz bəhrəsini verəcəkdir. Cari ilin 26 oktyabr tarixində təməli qoyulmuş avtomobil yolu da Zəngəzur dəhlizinin bir hissəsidir. Avtomobil yolunun və dəmir yolunun çəkilişi nəticəsində ölkələrimiz istəklərinə nail olacaqdır.

Füzuli hava limanının inşası işğaldan azad edilmiş ərazilərimizdə müasir kommunikasiyaların qurulması sahəsində həyata keçirilən, iqtisadi, strateji baxımdan dəyərli olan yeganə layihə deyil. Zəngilan və Laçında da tikilən hava limanları Azərbaycanın tarixi torpaqlarına Böyük Qayıdış üçün vacib sayılan çox mühüm strateji layihələrdir. Füzulidə, Laçında və Zəngilanda aeropotların olması Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının regionun aparıcı mərkəzlərinə çevrilməsinə imkan yaradacaq. Qarabağda və Şərqi Zəngəzurda aeroportların inşası işğaldan azad edilmiş ərazilərimizdə xarici iş adamlarının bu bölgəyə investisiya yatırmasına yeni imkanlar yaradacaq. Nəticədə işğaldan azad olunmuş torpaqların abadlaşması və sürətlə qurulması prosesi gerçəkləşəcək.

Bu liman Zəfər Yolunun qapısı və Şuşa şəhərinə gedən əsas nəqliyyat qovşaqlarının açarıdır. Məhz Şuşaya gedən Azərbaycan vətəndaşları, xarici qonaqlar bu limandan istifadə etməklə Qarabağın bir çox bölgələrinə, Şuşaya qısa bir zamanda çatmış olacaqlar. Yaxın illərdə Füzuli Hava Limanı regionun cəlbedici investisiya zonalarından birinə çevriləcək.

Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin də dediyi kimi, böyük qayıdış başlayır. Düşməni qısa müddət ərzində torpaqlarımızdan qovduğumuz kimi, tarixi dədə-baba torpağımız olan Qarabağı da qısa müddətdə bərpa edəcəyik.

Naftalan şəhər sakini: Ülfət Əliyev
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Polşada dövlət sirrini yayan eks-nazir və müşavir ifşa edildi - Həbs oluna bilərlər
14:38 25.08.2025
Polşada dövlət sirrini yayan eks-nazir və müşavir ifşa edildi - Həbs oluna bilərlər
Ağdamda itkin düşən qız tapıldı
14:31 25.08.2025
Ağdamda itkin düşən qız tapıldı
Oval Ofisdə gizlətdi, qolf oynayarkən göründü - Trampın əlindəki qançırlar nəyə işarədir?
14:21 25.08.2025
Oval Ofisdə gizlətdi, qolf oynayarkən göründü - Trampın əlindəki qançırlar nəyə işarədir?
İlkin Süleymanovun kassasiya şikayəti üzrə məhkəmənin vaxtı bilindi
14:15 25.08.2025
İlkin Süleymanovun kassasiya şikayəti üzrə məhkəmənin vaxtı bilindi
AQC Elmi-Metodiki Şurasının ilk toplantısı keçirildi
14:13 25.08.2025
AQC Elmi-Metodiki Şurasının ilk toplantısı keçirildi
Türkiyədə tanınmış söhbət proqramı bloklandı
14:10 25.08.2025
Türkiyədə tanınmış söhbət proqramı bloklandı
Avropada uçuş təhlükəsizliyi risk altındadır - Rusiya GPS siqnalları yox edir
14:05 25.08.2025
Avropada uçuş təhlükəsizliyi risk altındadır - Rusiya GPS siqnalları yox edir
Zelenski Xüsusi Əməliyyatlar Mərkəzinə yeni rəis təyin edib
13:44 25.08.2025
Zelenski Xüsusi Əməliyyatlar Mərkəzinə yeni rəis təyin edib
Mirzoyan: Sülh gündəliyinin həyata keçirilməsi Ermənistanın prioritet vəzifəsidir
13:13 25.08.2025
Mirzoyan: Sülh gündəliyinin həyata keçirilməsi Ermənistanın prioritet vəzifəsidir
Azərbaycanda bu şəxslər pulsuz dərmanla təmin olunacaq - 13,4 milyon manat AYRILACAQ
13:12 25.08.2025
Azərbaycanda bu şəxslər pulsuz dərmanla təmin olunacaq - 13,4 milyon manat AYRILACAQ
Politoloq: “Macarıstanın Ukraynaya gizli ərazi iddiaları var”
13:10 25.08.2025
Politoloq: “Macarıstanın Ukraynaya gizli ərazi iddiaları var”
Dövlət xidmətinin bu səlahiyyəti ləğv edildi
13:02 25.08.2025
Dövlət xidmətinin bu səlahiyyəti ləğv edildi
Azərbaycan, Türkmənistan və Özbəkistan arasında strateji əməkdaşlığın yeni mərhələsi
13:00 25.08.2025
Azərbaycan, Türkmənistan və Özbəkistan arasında strateji əməkdaşlığın yeni mərhələsi
Çempionlar Liqası: "Qarabağ"ın cavab oyununu fransalı hakimlər idarə edəcək
12:48 25.08.2025
Çempionlar Liqası: "Qarabağ"ın cavab oyununu fransalı hakimlər idarə edəcək
Sabah bəzi rayonlara leysan yağacaq, şimşək çaxacaq
12:28 25.08.2025
Sabah bəzi rayonlara leysan yağacaq, şimşək çaxacaq
İlham Əliyev Böyük Britaniyanın dövlət nazirini qəbul edib
12:12 25.08.2025
İlham Əliyev Böyük Britaniyanın dövlət nazirini qəbul edib