"Qarabağ"ın heç-heçəsi "Dnepr"dən çox, Aqil bəyin işinə yaradı..." - Millət vəkili

"Qarabağ"ın heç-heçəsi "Dnepr"dən çox, Aqil bəyin işinə yaradı..." - Millət vəkili
İDMAN
04:46 12.12.2014
5080
Millət vəkili Fazil Mustafa "Qarabağ" - "İnter" oyununu canlı izləyənlər arasında olub.
AZXEBER.COM xəbər verir ki, deputat matça bağlı qeydlərini sosial şəbəkədə paylaşıb. O spirtli içki qəbul edən və siqaret çəkən azarkeşlərdən narazılıq edib: "Qarabağ"ın oynunu stadiondan izlədim. Çox gözəl atmosfer vardı. Tamaşaçılara həqiqətən təşəkkür düşür. Fədakarcasına komandanı dəstəkləyirdilər. Maksimalist olmayaq, bu həqiqətən də "Qarabağ"ın ciddi uğuru sayılmalıdır. Qolunu saymadılar, stadionda təkrar baxmaq şansımız olmadığına görə hakimin haqlı və ya haqsız olduğunu söyləyə bilmirəm. Ancaq fikrimcə "İnter" kimi klubla üstün oyun göstərmək və heç-heçə etmək uğurlu nəticədir. Hələ "Qarabağ"ın əsas oyunçularından 5-6-sı zədəli vəziyyətdə idi və bu şərtlərdə sabit oyun göstərmək həqiqətən ağır idi. Ancaq Qurban Qurbanov və komandası xarakter göstərə bildi. Oyunçuların davranışı həmişəki kimi mədəni idi. Klub rəhbərliyi də hər oturacağın yanına klubun bayrağını qoymuşdu və oyun ərzində bu bayraqları ürəkdən yellədik. Stadion yaxşı təmir olunub. Ancaq stadiona girişdə başıpozuqluq müşahidə olunur. Bir əlil vətəndaşın qapılara yaxınlaşması demək olar ki, mümkünsüz. Basabasda sağlam adamın əlil olması təhlükəsi də az deyil. Təmirdən sonra ilk dəfə idi burada olurdum. Az sayda da olsa qadın azarkeşlərin gəlməsi müsbət haldır, mədəni mühit olarsa, daha rahatlıqla xanımlar da stadionda komandaya dəstək verə bilərlər. Türkiyədə baxırsınız, başıaçıq və ya hicablı olsun, fərq etməz, xanımlar bir yerdə xeyli rahatlıqla stadiona gələ bilirlər. Məncə iki məsələyə də xüsusi diqqət yetirilməlidir: oturduğum yerdə bir neçə nəfər yaxınlaşıb yer nömrəmlə maraqlandı. Bu zaman spirtli içki qəbul etdiklərini sezdim. Bu cür azarkeşlər müəyyən olunduqda təhlükəsizlik qüvvələri tərəfindən stadiondan çıxarılması məqsədəuyğun olardı. Bir də yanımda oturan 50-55 yaşında bir vətəndaş siqaretiinin tüstüsü ilə 90 dəqiqə heç də oyunun hakimindən az əsəblərimizə təsir göstərmədi. Bildiyim qədər Avropa ölkələrində ayrıca siqaret çəkilən yerlər ayrılır və kim istədisə oyun zamanı gedib o küncdə zəhər qəbul edir. Başqasının üzünə tüstünü ufurmək şansını adamın əlindən alırlar.Bir daha oyunçularımıza fədakarlığa, gözəl futbol matçı izlətdiklərinə görə təşəkkür edirəm.
Millət vəkili həmkarı Aqil Abbasa da "söz atıb": "Sonda yadıma düşdü, dostum Aqil Abbas saytların birinə demişdi ki, "Qarabağ" udsa, hamıya qonaqlıq verəcəyəm. İndiyədək heç seçkilərdə belə mümkün olmayan vəd eşitməmişdim. Təsəvvür edin ki, Aqil bəy, hamı deyəndə, böyüklü-kiçikli Azərbaycanda hazırda yaşayan haradasa 7 milyon adamı nəzərdə tutmuşdur. Adambaşına bir dönər hesabı ilə topdansatış qiyməti ilə bir manatdan götürsək, düz 7 milyon manat edir. Bu minvalla, "Qarabağ"ın heç-heçəsi "Dnepr"dən çox Aqil bəyin işinə yaradı..."
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
"Hamilə ola-ola məni boşadı" - Əməkdar artist
14:48 12.09.2025
"Hamilə ola-ola məni boşadı" - Əməkdar artist
Polis 35 min manatlıq dələduzluq edən şəxsləri saxlayıb
14:31 12.09.2025
Polis 35 min manatlıq dələduzluq edən şəxsləri saxlayıb
Kreml: Rusiya və Ukrayna arasında danışıqlar dayandırılıb
14:30 12.09.2025
Kreml: Rusiya və Ukrayna arasında danışıqlar dayandırılıb
“Albaniya kimdir ki, belə addım atsın” - Misir Mərdanov süni intellektin nazir təyin olunması haqda danışdı
14:10 12.09.2025
“Albaniya kimdir ki, belə addım atsın” - Misir Mərdanov süni intellektin nazir təyin olunması haqda danışdı
Xankəndidə sürət yarışına çıxan sürücülər məsuliyyətə cəlb edildi
13:52 12.09.2025
Xankəndidə sürət yarışına çıxan sürücülər məsuliyyətə cəlb edildi
Zaur Nəbioğlunun verilişi bağlanıb? - AÇIQLAMA
13:33 12.09.2025
Zaur Nəbioğlunun verilişi bağlanıb? - AÇIQLAMA
İcra hakimiyyətində dava: Qayınana gəlinini və onun anasını döydü
13:20 12.09.2025
İcra hakimiyyətində dava: Qayınana gəlinini və onun anasını döydü
VİP Edu Mall-da psixoloji təhsildə yeni proqram təqdim olundu - FOTOLAR
13:18 12.09.2025
VİP Edu Mall-da psixoloji təhsildə yeni proqram təqdim olundu - FOTOLAR
Ermənistan XİN-də Türkiyə heyəti ilə danışıqlar başa çatıb
13:16 12.09.2025
Ermənistan XİN-də Türkiyə heyəti ilə danışıqlar başa çatıb
Laçında sərxoş halda söyüş söyən vəzifəlilər - Həbs olundu
12:48 12.09.2025
Laçında sərxoş halda söyüş söyən vəzifəlilər - Həbs olundu
“Qərbi azərbaycanlıların Ermənistana qayıdışı Paşinyan üçün öldürücü zərbə ola bilər” - Politoloq
12:47 12.09.2025
“Qərbi azərbaycanlıların Ermənistana qayıdışı Paşinyan üçün öldürücü zərbə ola bilər” - Politoloq
“Xarıbülbül” yay düşərgəsi yekunlaşdı - FOTOLAR
12:41 12.09.2025
“Xarıbülbül” yay düşərgəsi yekunlaşdı - FOTOLAR
Cerdan Şakiri: “Son 15 ilin ən zəif “İnter” heyətində idim”
12:38 12.09.2025
Cerdan Şakiri: “Son 15 ilin ən zəif “İnter” heyətində idim”
"Şagirdlərin əksəriyyətində oxuyub-anlama problemi var" - Emin Əmrullayev
12:36 12.09.2025
"Şagirdlərin əksəriyyətində oxuyub-anlama problemi var" - Emin Əmrullayev
"Bir qızın anası ilə on ildir danışmaması fəlakətdir" - Tolik
12:23 12.09.2025
"Bir qızın anası ilə on ildir danışmaması fəlakətdir" - Tolik
"Ən səriştəli müəllimlərimiz 21-ci əsrin tələblərinə uyğun sual yaza bilmir" - Nazir
12:05 12.09.2025
"Ən səriştəli müəllimlərimiz 21-ci əsrin tələblərinə uyğun sual yaza bilmir" - Nazir