"Qarabağ"ın əsas qol ümidi komandadan getdi

İDMAN
12:56 28.08.2022
6206
İbrahima Vadji "Qarabağ"dan ayrılıb. Seneqallı futbolçu sabah və ya birisigün "Sent Etyenn"lə müqavilə imzalayacaq.

AZXEBER.COM xəbər verir ki, "Qarabağ"dan bu məlumatı rəsmən təsdiqləyiblər və Vadjinin "Sent Etyenn"lə müqavilə imzalamaq üçün hazırda Fransada olduğunu bildiriblər.

Qeyd edək ki, "Transfermarkt" saytının məlumatına görə "Qarabağ" Vadjini Norveçin "Hauqessun" klubundan 600 min avroya transfer etmişdi.

Fransanın "Lequipe" nəşrinin məlumatına görə, Ağdam təmsilçisi Vadjinin satışından 1 milyon avro əldə edəcək.
OXŞAR XƏBƏRLƏR