"Qarabağ”ın UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsindəki bütün rəqiblərinin adına aydınlıq gəlib.
AZXEBER.COM xəbər verir ki, komandamız yüksək reytinqə malik olduğu üçün nisbətən zəif rəqiblərlə üz-üzə gələcək.
Qurban Qurbanovun komandasının mümkün rəqibləri Kiprin "Pafos” və Xorvatiyanın "Riyeka” klublarıdır.
Amma Ağdam klubu birinci təsnifat mərhələsində qarşılaşacaq cütlüklərdən birinin qalibi ilə də oynaya bilər.
Həmin cütlüklər isə aşağıdakı komandalar olacaq.
Çempionlar Liqası
Çempionlar yolu
I təsnifat mərhələsi
Səpələnmişlər
"Jalgiris” (Vilnüs, Litva)
RFS (Latviya)
"Jrinski” (Bosniya və Herseqovina)
"Linkoln” (Cəbəllütariq)
"Kuopio” (Finlandiya)
TNS (Uels)
"Drita” (Kosovo)
"Breydablik” (İslandiya)
"Linfild” (Şimali İrlandiya)
"Buduçnost” (Monteneqro)
"Qarabağ”ın rəqibinin adına iyunun 18-də aydınlıq gələcək. Digər sevindirici məqam odur ki, Ağdam klubu 3-cü təsnifatda da səpələnmişlər səbətində olacaq. Buna səbəb isə Xorvatiya çempionunun "Dinamo” (Zaqreb) yox, "Riyeka” olmasıdır.
İkinci mərhələnin ilk matçları iyulun 22/23-də, cavab oyunları isə 29/30-da baş tutacaq.
"Qarabağ” 3-cü mərhələdə daha çətin rəqiblərlə üz-üzə gələcək. Bunların arasında "Dinamo” (Kiyev), "Lex”, "Ludoqorets”, FCSB, "Malmö” var.
Pley-off-da isə Qurban Qurbanovun komandası səpələnməmişlər səbətində olacaq. Burad rəqiblər isə "Budo-Qlimt”, "Seltik”, "Kopenhagen”, "Srvena-Zvezda”, "Ferentsvaroş” ola bilər.