“Qarabağ”ın legioneri 10 ən yaxşı futbolçu arasında

“Qarabağ”ın legioneri 10 ən yaxşı futbolçu arasında
İDMAN
20:47 29.12.2017
1471
"Qarabağ”ın cənubi afrikalı hücumçusu Dino Ndlovu ölkəsində 2017-ci ilin ən yaxşı 10 futbolçusunun yer aldığı siyahıda qərarlaşıb.
 
 AZXEBER.COM Sportal-a istinadən xəbər verir ki, 27 yaşlı oyunçu "KickOff” nəşrinin açıqladığı siyahıda 6-cı olub.
 
Siyahıda ilk yeri Cənubi Afrikanın "Mamelodi Sandaunz” klubunun yarımmüdafiəçisi Persi Tau tutub.
 
Qeyd edək ki, Ndlovu Çempionlar Liqasının təsnifat mərhələsində 4, Premyer Liqada isə 5 qol vurub. Bundan başqa, ötən mövsüm "Qarabağ”ın heyətində çempionluq sevinci yaşayıb.
OXŞAR XƏBƏRLƏR