"Qarabağ"ın legioneri: "Çempionatı davam etdirmək təhlükəlidir"

"Qarabağ"ın legioneri: "Çempionatı davam etdirmək təhlükəlidir"
İDMAN
17:51 13.06.2020
1361

"Təəssüf ki, məcburi fasilə çox uzun alındı. 3 aylıq müddətdən sonra formanı tədricən bərpa etmək üçün bu cür hazırlıq oyunlarının keçirilməsi çox vacibdir".

Bu fikirləri "Report"a açıqlamasında "Qarabağ"ın futbolçusu Miçel Maderakoronavirus pandemiyası ilə bağlı fasilədən sonra "Sabah"la keçirdikləri yoxlama oyunu (5:0) barədə danışarkən deyib.

İspaniyalı yarımmüdafiəçi bildirib ki, bu cür matçların Azərbaycan Premyer Liqasının bərpası ərəfəsində futbolçulara müsbət təsiri olacaq. 35 yaşlı oyunçu ilk sınaq oyununda çox da çətinlik çəkmədiklərini söyləyib.

Miçelin sözlərinə görə, futbolçularda virusla bağlı qorxu olmasa da, məsələyə ciddi yanaşırlar: "Hamımız virusun dünyanı necə silkələdiyinin şahidi olduq. Hələ də bu proses davam edir. Xüsusilə də İspaniya bundan ən çox zərər görən ölkələrdən biridir. Minlərlə insan həyatını itirdi. Ona görə də hər kəsin qorunmağa çalışması, əllərini tez-tez yuması, məsələyə ciddi yanaşması normaldır. Bunu qorxu adlandırmazdım".

Legioner oyunçu ölkədə həftə sonu tətbiq olunan sərt karantin rejiminin komandaların işini çətinləşdirdiyini vurğulayıb: "Çempionatın bərpasına bir həftə qalıb. 3-4-5 gündən bir oyun keçiriləcəksə, bizim üçün hazırlaşmaq asan olmayacaq. Nəzərə alaq ki, hər matçdan sonra növbəti gün bərpa məşqi keçmək vacib şərtlərdən biridir. Bundan əlavə, taktiki çalışmalar, növbəti oyuna hazırlıq üçün vaxt lazım olur. Belə şərtlər altında məşq etmək çətinlik yaradacaq. Bunlar mənim şəxsi fikrimdir. Ümid edək ki, vəziyyət yaxşılığa doğru dəyişəcək və məhdudiyyətlər aradan qalxacaq".

Miçelin fikrincə, hazırkı vəziyyətdə çempionatı davam etdirmək təhlükəlidir: "Futbolçular normal şərtlər altında, hər hansı yoluxma təhlükəsi olmadığı halda çempionatın davamının tərəfdarıdırlar. Amma, təəssüf ki, son həftələrdə virusa yoluxanların sayında çoxalma müşahidə edilir. Üstəlik, həftəsonları sərtləşdirilmiş karantin rejimi tətbiq olunur. Bunun nə qədər davam edəcəyini bilmirik. Təbii ki, belə bir şəraitdə futbol oynamaq təhlükəlidir. Futbolçuların, digər insanların yoluxma riski olduğu üçün çempionatın bərpası çətin görünür. Amma istənilən halda buna qərar vermək mənim səlahiyyətimdə deyil. Ümid edirəm ki, federasiya doğru olan addımı atacaq".

Miçel "Qarabağ"da qalıb-qalmayacağı ilə bağlı suala isə belə cavab verib: "Öncə onu deyim ki, hələ klubla 1 illik müqaviləm var. Ona görə də rəhbərliklə aramızda müqavilə barədə söhbət olmayıb".

Qeyd edək ki, Miçel 2015-ci ildən "Qarabağ"ın formasını geyinir. O, Ağdam təmsilçisindən əvvəl ölkəsində "Sportinq" (Xixon), "Xetafe", İngiltərədə "Birmingem" və İsraildə "Makkabi" (Hayfa) klublarında çıxış edib.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Sabahın havası ilə bağlı XƏBƏRDARLIQ
15:59 05.06.2026
Sabahın havası ilə bağlı XƏBƏRDARLIQ
Mehriban Əliyeva Avropa çempionu olmuş Azərbaycan minifutbol yığmasını təbrik etdi
15:57 05.06.2026
Mehriban Əliyeva Avropa çempionu olmuş Azərbaycan minifutbol yığmasını təbrik etdi
BMT Livan üçün humanitar yardımın həcminin artırılmasını tələb edir
15:33 05.06.2026
BMT Livan üçün humanitar yardımın həcminin artırılmasını tələb edir
Bir qrup su təsərrüfatı və meliorasiya işçisi təltif edilib - SİYAHI
15:29 05.06.2026
Bir qrup su təsərrüfatı və meliorasiya işçisi təltif edilib - SİYAHI
Prezident Azərbaycan Minifutbol Federasiyasına 1 milyon manat ayırdı
15:20 05.06.2026
Prezident Azərbaycan Minifutbol Federasiyasına 1 milyon manat ayırdı
Professor oğlanlara səsləndi: Qız öz atasından narazıdırsa, onunla evlənməyin
15:15 05.06.2026
Professor oğlanlara səsləndi: Qız öz atasından narazıdırsa, onunla evlənməyin
“Sıfır Tullantı” həmrəylik marafonuna start verildi
15:13 05.06.2026
“Sıfır Tullantı” həmrəylik marafonuna start verildi
5 azərbaycanlının öldüyü gəmiyə hücum anı - VİDEO
15:12 05.06.2026
5 azərbaycanlının öldüyü gəmiyə hücum anı - VİDEO
Rusiya XİN azərbaycanlı dənizçilərin həlak olması ilə əlaqədar başsağlığı verdi
15:04 05.06.2026
Rusiya XİN azərbaycanlı dənizçilərin həlak olması ilə əlaqədar başsağlığı verdi
6 saatdan az yatmaq bu xəstəliklərə səbəb olur - XƏBƏRDARLIQ
15:01 05.06.2026
6 saatdan az yatmaq bu xəstəliklərə səbəb olur - XƏBƏRDARLIQ
Dava edən oğlunu ayırmağa çalışan ana öldü - FOTO
14:57 05.06.2026
Dava edən oğlunu ayırmağa çalışan ana öldü - FOTO
“Kristal”ın Nəsimidə inşa etdiyi prestijli layihə - “Royal Residence”
14:47 05.06.2026
“Kristal”ın Nəsimidə inşa etdiyi prestijli layihə - “Royal Residence”
Qrossi: Nüvə obyektləri heç bir halda hücuma məruz qalmamalıdır
14:44 05.06.2026
Qrossi: Nüvə obyektləri heç bir halda hücuma məruz qalmamalıdır
Rəsmi Bakı: Azərbaycan ərazisindən üçüncü dövlətə qarşı fəaliyyət iddiaları əsassızdır
14:35 05.06.2026
Rəsmi Bakı: Azərbaycan ərazisindən üçüncü dövlətə qarşı fəaliyyət iddiaları əsassızdır
Qadınlar diqqətsiz kişilərə niyə daha çox meyl edir? - ARAŞDIRMA
14:32 05.06.2026
Qadınlar diqqətsiz kişilərə niyə daha çox meyl edir? - ARAŞDIRMA
MEDİA: CNN-dən təkzib verməsini və Azərbaycandan üzr istəməsini tələb edirik
14:24 05.06.2026
MEDİA: CNN-dən təkzib verməsini və Azərbaycandan üzr istəməsini tələb edirik