"Qarabağ"ın legioneri: "Çempionluğun dadını çıxarırıq"

"Qarabağ"ın legioneri: "Çempionluğun dadını çıxarırıq"
İDMAN
18:52 17.05.2022
308
"Komandada keçirdiyim 6 ayı uğurlu saymaq olar. "Qarabağ"a gəlməklə yeni şeylər öyrəndim. Çempionluğun dadını çıxarır, qələbəmizi qeyd edirik. İnanıram ki, davamı gələcək".

AZXEBER.COM-un məlumatına görə, bunu "Qarabağ"ın futbolçusu Leandro Andrade Azərbaycan Premyer Liqasında qazandıqları 9-cu çempionluq münasibətilə təşkil olunan tədbirdə jurnalistlərə açıqlamasında deyib.

Kabo-verdeli hücumameylli yarımmüdafiəçi bildirib ki, bu, hələ başlanğıcdır: "Məqsədim "Qarabağ"la çoxlu titul və təcrübə qazanmaqdır".
OXŞAR XƏBƏRLƏR