"Qarabağ"ın Macarıstandakı oyununu İspaniyalı hakimlər idarə edəcək

"Qarabağ"ın Macarıstandakı oyununu İspaniyalı hakimlər idarə edəcək
İDMAN
18:39 29.07.2022
308
Macarıstanda "Ferentsvaroş" və "Qarabağ" komandaları arasında keçiriləcək UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyunu üçün təyinatlar açıqlanıb.

AZXEBER.COM UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Budapeştdəkı qarşılaşmanı İspaniyadan olan hakimlər briqadası idarə edəcək.

Baş hakim Karlos del Serroya Xose Naranxo və Qonsalo Qonsales laynsmanlar qismində köməklik göstərəcək. Dördüncü hakim funksiyasını Migel Anxel Ortis Arias yerinə yetirəcək.

Qeyd edək ki, avqustun 9-da oynanılacaq matç Bakıda vaxtı ilə saat 22:00-da başlayacaq. İlk görüş avqustun 3-də Tofiq Bəhramov adına Respublika stadionunda olacaq.
OXŞAR XƏBƏRLƏR