"Qarabağ"ın Çempionlar Liqasının 3-cü təsnifat mərhələsindəki rəqibi dəqiqləşib.
AZXEBER.COM xəbər verir ki, bu, Macarıstanın "Ferentsvaroş" klubudur. Evdə keçirilən ilk oyunda "Slovan"a (Slovakiya) 1:2 hesabı ilə uduzan komanda bu gün səfərdəki matçda 4:1 hesablı qələbə qazanıb.
Qeyd edək ki, "Qarabağ" ilk görüşünü 2 və ya 3 avqustda öz meydanında, cavab qarşılaşmasını isə avqustun 9-da səfərdə keçirəcək.