"Qarabağ"ın növbəti mərhələdəki rəqibi məlum oldu

"Qarabağ"ın növbəti mərhələdəki rəqibi məlum oldu
İDMAN
00:32 28.07.2022
5787
"Qarabağ"ın Çempionlar Liqasının 3-cü təsnifat mərhələsindəki rəqibi dəqiqləşib.

AZXEBER.COM xəbər verir ki, bu, Macarıstanın "Ferentsvaroş"  klubudur. Evdə keçirilən ilk oyunda "Slovan"a (Slovakiya) 1:2 hesabı ilə uduzan komanda bu gün səfərdəki matçda 4:1 hesablı qələbə qazanıb.

Qeyd edək ki, "Qarabağ" ilk görüşünü 2 və ya 3 avqustda öz meydanında, cavab qarşılaşmasını isə avqustun 9-da səfərdə keçirəcək.

OXŞAR XƏBƏRLƏR