"Qarabağ"ın növbəti raunddakı potensial rəqibləri bəlli oldu

İDMAN
14:13 24.07.2023
160
"Qarabağ"ın UEFA Çempionlar Liqasının III təsnifat mərhələsindəki potensial rəqibləri bəlli olub.

Qurban Qurbanovun baş məşqçi olduğu komanda bu raundda "Aris" (Kipr) - BATE (Belarus) cütünün qalibi ilə üz-üzə gələcək.

"Köhlən atlar" ilk matçını evdə keçirəcək.

Qeyd edək ki, III təsnifat mərhələsinin ilk oyunları 8-9 avqustda, cavab görüşləri isə 15 avqustda gerçəkləşəcək.
OXŞAR XƏBƏRLƏR