"Qarabağ"ın oyununda rusiyalı hakimlər

SOSİAL
14:16 22.08.2016
1733
Avropa Liqasının pley-off mərhələsində keçiriləcək "Qarabağ" - "Göteborq" oyununa hakim təyinatları açıqlanıb.
Oyunu rusiyalı hakimlər briqadası idarə edəcək.
Görüşün baş hakimi Vladislav Bezborodov olacaq. Ona Valeri Dançenko və Maksim Qavrilin kömək edəcəklər. Dördüncü hakim funksiyasını Kirill Levnikov yerinə yetirəcək.
Qeyd edək ki, avqustun 25-i Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək oyun saat 20:30-da başlayacaq.
///qol.az
OXŞAR XƏBƏRLƏR