Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) milli çempionatlarda ən uzun “quru seriya”ya malik qapıçılarının növbəti siyahısını açıqlayıb.
AZXEBER.COM-un məlumatına görə, sonuncu dəfə yanvarın 18-də açıqlanan cədvəldə 4 yeni ad peyda olub. Özü də 660 dəqiqə həddini keçən əlcək sahiblərinin siyahısı bu dəfə artaraq, 472-ə yüksəlib.
Həmin 4 nəfərdən biri “Qarabağ”ın serbiyalı qapıçısı Boyan Pavloviçdir. Ötən ilin qışından Ağdam təmsilçisində çıxış edən legioner, 828 dəqiqəlik rekordu ilə İngiltərənin “Çelsi” klubunun qapıçısını Peter Çexi qabaqlayaraq 139-cu pillədə qərarlaşıb. Siyahıya daxil olan Navaf Xalid-Əl-Xalidi isə yüksək nəticəyə imza atıb. Küveytin `Əl-Qüdsiyə` klubunda oynayan ərəb qapıçı 1453 dəqiqə ilə 2-ci pilləyə yüksəlib. Onu dünya rekordundan 363 dəqiqə ayırır.
İlk `onluq`
1. Geraldo Pereyra de Matos Filyo "Mazaropi` (`Vasko da Qama`, Braziliya) – 1816 dəqiqə 2. Navaf Xali-Əl-Xalidi (`Əl-Qüdsiyə`, Küveyt) - 1453 3. Tabet Əl-Bətəl (`Nasyonal`, Misir) – 1442 4. Dani Verlinden (`Brügge`, Belçika) - 1390 5. Joze Mariya Buljubasiç (`Universidad Katolika`, Argentina) - 1352 6. Tabet Əl-Bətəl (`Nasyonal`, Misir) – 1325 7. Edvin van der Sar (`Mançester Yunayted`, İngiltərə) – 1311 8. Əssam Əl-Hadari (`Nasyonal`, Misir) – 1288 9. Samir Səid (`Əl-Ərəbi`) - 1283 10. Abel Resino Gomes (`Atletiko`, İspaniya) – 1275
Azərbaycan Premyer Liqasının İFFHS-dəki təmsilçiləri
26 (25). Nizami Sadıqov (`Turan`) – 1106 dəqiqə 57 (58). Xalidu Sissoko (`Bakı`) – 985 60 (61). Xalidu Sissoko (`Bakı`) – 971 64 (64). Camaləddin Əliyev (`Qarabağ`) – 958 68 (69). Pavel Doroşev (`Qəbələ`) – 952 74 (74). Elxan Həsənov (`Neftçi`) – 943 139. Boyan Pavloviç (`Qarabağ`) – 828 165 (169). Dmitri Kramarenko (`Karvan`) – 798 202 (206). Dmitri Kramarenko (`Neftçi`) – 772 247 (251). Rauf Mehdiyev (`Olimpik`) – 746 251 (254). Elşən Poladov (`Bakı`) – 744 256 (257). Nadir Şükürov (`Dinamo`) – 741 271 (273). Aleksandr Martyoşkin (`Xəzər Lənkəran`) – 735 308 (304). Kamran Ağayev (`Xəzər Lənkəran`) – 720 361 (363). Camaləddin Əliyev (`Qarabağ`) – 700 422 (421). Rauf Mehdiyev (`Olimpik`) – 676
Qeyd edək ki, siyahıdakı dəyişikliklər Azərbaycan milli çempionatında siyahıya düşən qapıçılarımızın mövqelərinə təsir edib. Özü də onların çoxu geriləyib. Pavloviç ölkəmizin rekordlar siyahısında 16-cı göstəricinə imza atıb. O, bu uğura imza atan 12-ci qapıçımız olub.
Ozal İbrahimli