''Qarabağ'ın qələbəsi təəccüblü deyil' - 'Liverpul'un əfsanəsi

İDMAN
17:14 26.07.2013
2342

"Mən “Pyast”ın bu mərhələni keçəcəyinə ümid bəsləyirdim. Amma növbəti mərhələyə “Qarabağ” keçdi. Çünki rəqibin futbolçuları fərdi baxımdan daha inamlı çıxış etdilər. Azərbaycan kimi ölkələrdə belə bir prinsip var ki, yaxşıları bir yerə toplayırlar. Belə olan halda komandada yaxşı rəqabət formalaşır. Əlbəttə, Polşa çempionatı daha güclüdü. Amma komandamızın Azərbaycan təmsilçisini keçə bilməməsi təəccüblü deyil. Təəssüf ki, belə alındı. Lakin unutmamalıyıq ki, “Qarabağ” yaxşı qurulmuş komandadı, böyük resurslara malikdi". 

Bu sözləri Polşa yığması, "Liverpul" və "Real"ın sabiq qapıçısı İrji Dudek deyib. Veteran qolkiper "Qarabağ"ın cavab matçında daha yaxşı təsir bağışladığını qeyd edib: 

"Qarabağ” meydanda daha yaxşı tərəf idi. Azərbaycanlılar həm topla, həm də topsuz çox yaxşı davranırdılar. Elə oyunun əvvəlində onlar iki qol vurmağa yaxın idilər. Leroy Corc ikinci qolu da vursaydı, hər şey daha fərqli olacaqdı. “Pyast”ın hücumları isə effektsiz alınırdı. Azərbaycan komandaları ilə qarşılaşmalar həmişə çətin keçib. Bu dəfə də komandamız onlarla bacarmadı". 

Dudek "Pyast"ın qapıçısı Yakub Şumskinin çıxışına da qiymət verib: "Ulriç Kapolonqonun fərqləndiyi epizodda Şumski topu tuta bilsəydi, bu, çox əla seyv olacaqdı. Amma bu, çox çətin zərbə idi. Top qapıya gedərkən yerə də toxundu. Buna görə qapıçını günahlandırmaq düzgün olmazdı. Yəqin ki, o da komandasını xilas etmək istərdi”. 

Məğlubiyyətə baxmayaraq, İrji "Pyast"ın debüt mövsümündə mərhələ keçə bilməməsini faciə hesab etməyib: "Unutmayın ki, bu, mövsümün əvvəlidi. Hər komandada belə uğursuzluq olur. Bu heç-heçə də komandanın iflasa uğraması kimi dəyərləndirilməməlidi".//sportinfo.az

OXŞAR XƏBƏRLƏR