“Qarabağ”ın qrupdakı rəqibləri - Hansı daha güclüdür?

“Qarabağ”ın qrupdakı rəqibləri - Hansı daha güclüdür?
İDMAN
10:50 02.09.2023
866
Xəbər verdiyimiz kimi, ölkəmizi Avropa Liqasının qrup mərhələsində təmsil edəcək "Qarabağ"ın rəqibləri müəyyənləşib. H qrupunda yer alan Ağdam təmsilçisi Almaniya "Bayer"i, İsveç "Hakken"i və Norveç "Molde"si ilə münasibətlərə aydınlıq gətirəcək.

AZXEBER.COM qafqazinfo-ya istinadən Qurban Qurbanovun komandasının rəqibləri haqda maraqlı məlumatları təqdim edir.

Sözsüz ki, "Qarabağ"ın qrupunda yer alan ən adlı-sanlı klub Leverkuzen "Bayer"idir. Komanda 1904-cü ildə yaradılıb.

Almaniya təmsilçisi ev oyunlarını 30200 azarkeş tutumuna malik "Bay-Arena"da keçirir. Komandanın baş məşqçisi İspaniya millisinin sabiq ulduz futbolçusu Xabi Alonsodur. Leverkuzen təmsilçisi ötən mövsümü 50 xalla 6-cı pillədə başa vurub.

Klubun dəyəri 446 milyon avro dəyərləndirilir. "Bayer"in heyətində 15 milli komanda üzvü var. Almaniya təmsilçisi bir transfer üçün 10-12 milyon avro xərcləyə bilir ki, bu da "Qarabağ"ın illik büdcəsinə bərabərdir.

"Qarabağ"ın qrupunda yer alan "Hakken" isə 1940-cı ildə yaradılıb. Höteborq şəhərini təmsil edən komanda ilk ölkə çempionluğuna ötən il nail olub.

İsveç təmsilçisi Çempionlar Liqasının təsnifat mərhələsində Farer adalarının "Klaksvik" klubuna məğlub olduğu üçün mübarizəni Avropa Liqasında davam etdirib.  "Hakken" qruplara qatılmaq üçün Litvanın "Zalqris", Şotlandiyanın "Aberdin" klublarını mübarizədən kənarlaşdırıb.

Komanda ev oyunlarını "Rambergsvallen" stadionunda keçirir. Klubun baş məşqçisi Lennart Karlssondur.

Norveç "Molde"si isə Çempionlar Liqasının pley-off mərhələsində Türkiyənin "Qalatasaray" klubuna uduzduğu üçün mübarizəni Avroliqada davam etdirir. 

Klub 1911-ci ildə yaradılıb. Komanda ev oyunlarını 11 249 azarkeş tutumuna malik, süni örtüklü "Aker Stadion"da keçirir.  "Molde" tarixində 5 dəfə ölkə çempionu olub. Komandanın baş məşqçisi Erlinq Moeidir.

"Molde"nin ən böyük uğurları Ula Qunnar Sulşerin adı ilə bağlıdır. Onun başçılığı ilə komanda 2011-ci ildə ilk çempionluğuna sahib çıxıb. 2018-ci ildə Sulşerin "Mançester Yunayted"ə gedişindən sonra kluba Erlinq Moe gətirilib.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Bayramqabağı meyvə-tərəvəz və çərəzlərin SON QİYMƏTLƏRİ - VİDEO
01:17 05.03.2026
Bayramqabağı meyvə-tərəvəz və çərəzlərin SON QİYMƏTLƏRİ - VİDEO
Hakan Fidan Rubio ilə İranın atdığı raketi müzakirə edib
00:21 05.03.2026
Hakan Fidan Rubio ilə İranın atdığı raketi müzakirə edib
İsrail Təbrizə güclü zərbə endirib
00:02 05.03.2026
İsrail Təbrizə güclü zərbə endirib
İran səfiri Böyük Britaniya XİN-ə çağırılıb
23:52 04.03.2026
İran səfiri Böyük Britaniya XİN-ə çağırılıb
“Qarabağ” Azərbaycan kubokunun yarımfinalına yüksəldi
23:44 04.03.2026
“Qarabağ” Azərbaycan kubokunun yarımfinalına yüksəldi
İctimai nəqliyyatda bank kartı ilə ödənişlərdə PROBLEM -  VİDEO
23:28 04.03.2026
İctimai nəqliyyatda bank kartı ilə ödənişlərdə PROBLEM - VİDEO
İranlı ayətullah cihad elan etdi
23:20 04.03.2026
İranlı ayətullah cihad elan etdi
“Yorğanı qaldıranda gördüm ki, çarpayı qan içindədir” - Video
23:17 04.03.2026
“Yorğanı qaldıranda gördüm ki, çarpayı qan içindədir” - Video
Leyla Əliyeva Bakıda Uşaq Klinik Xəstəxanasını ziyarət edib - FOTOLAR
23:10 04.03.2026
Leyla Əliyeva Bakıda Uşaq Klinik Xəstəxanasını ziyarət edib - FOTOLAR
Leyla və Arzu Əliyevalar iftar mərasimində - FOTOLAR
23:03 04.03.2026
Leyla və Arzu Əliyevalar iftar mərasimində - FOTOLAR
Maka Boçorişvili: Orta Dəhlizi nəzərə almamaq və görməmək mümkün deyil
22:56 04.03.2026
Maka Boçorişvili: Orta Dəhlizi nəzərə almamaq və görməmək mümkün deyil
İran dost ölkələrin gəmilərinə Hörmüzdən keçməyə icazə verdi
22:44 04.03.2026
İran dost ölkələrin gəmilərinə Hörmüzdən keçməyə icazə verdi
Nəqliyyat vasitələrinə inzibati cərimə borcu alan şəxslərə XƏBƏRDARLIQ - VİDEO
22:33 04.03.2026
Nəqliyyat vasitələrinə inzibati cərimə borcu alan şəxslərə XƏBƏRDARLIQ - VİDEO
Böyük Britaniya Makronun nüvə silahı ilə bağlı təkliflərini dəstəkləyib
22:27 04.03.2026
Böyük Britaniya Makronun nüvə silahı ilə bağlı təkliflərini dəstəkləyib
“Hər kəs mənim Qənimət Zahidi məhkəməyə verib, qələbə qazanmağımdan presedent kimi bəhrələnməlidir”
22:18 04.03.2026
“Hər kəs mənim Qənimət Zahidi məhkəməyə verib, qələbə qazanmağımdan presedent kimi bəhrələnməlidir”
Qətərdəki 200 Azərbaycan vətəndaşının Səudiyyə Ərəbistanı ərazisindən təxliyəsi planlaşdırılır
21:58 04.03.2026
Qətərdəki 200 Azərbaycan vətəndaşının Səudiyyə Ərəbistanı ərazisindən təxliyəsi planlaşdırılır