“Qarabağ”ın rəqibi baş məşqçisini istefaya göndərdi

“Qarabağ”ın rəqibi baş məşqçisini istefaya göndərdi
İDMAN
18:12 18.01.2026
565
UEFA Çempionlar Liqasının Liqa mərhələsində "Qarabağ"ın rəqibi olan "Ayntraxt" baş məşqçi Dino Toppmöllerlə yollarını ayırıb.

AZXEBER.COM xəbər verir ki, bu barədə Almaniya klubunun mətbuat xidməti məlumat yayıb.

45 yaşlı mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Dino Toppmöller 2023-cü ilin yayında Frankfurt təmsilçisinin baş məşqçisi vəzifəsinə təyin olunmuşdu.

Qeyd edək ki, "Qarabağ" - "Ayntraxt" qarşılaşması 21 yanvar tarixində Bakıda keçiriləcək.
OXŞAR XƏBƏRLƏR