"Qarabağ"ın rəqibi "Frayburq"dan maraqlı avrokubok paylaşımı - VİDEO

"Qarabağ"ın rəqibi "Frayburq"dan maraqlı avrokubok paylaşımı - VİDEO
İDMAN
10:37 07.09.2022
368
Xəbər verdiyimiz kimi, Avropa Liqasının qrup mərhələsinin ilk turunda "Qarabağ"ın rəqibi Almaniyanın "Frayburq" klubudur.

AZXEBER.COM xəbər verir ki, rəqib komanda oyun öncəsi maraqlı video paylaşaraq 4 il sonra avrokuboklara qayıdışı qeyd edib. 

Belə ki, "Frayburq” Çempionlar Liqasında heç vaxt iştirak etməyib. Klub yalnız Almaniyanı UEFA Kubokunda və Avropa Liqasında təmsil edib. Onların avrokuboklarda debüt matçı isə 1995-1996-cı illərə təsadüf edir. UEFA kubokunun ilk mərhələsi çərçivəsində "Frayburq" Praqanın "Slaviya"sı ilə qarşılaşıb. İlk görüşdə "ağ-qaralar” evdə çexlərə 1:2 hesabı ilə uduzub, cavab görüşündə komandalar qolsuz heç-heçə edib və iki oyunun yekununda "Slaviya” daha güclü olub. 

Frayburq azarkeşləri növbəti avrokubok həyəcanını 2001-2002 mövsümündə yaşasalar da daha sonra 2013-2014-cü ilə qədər səbr etməli olublar. 

2017-2018-ci il mövsümündə "Frayburq"un Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanmaq şansı var idi. Üçüncü təsnifat mərhələsində Kristian Streyxin rəqibləri Sloveniyanın "Domjale" klubu olub. İlk oyunda "Frayburq" evdə rəqib üzərində minimal hesablı qələbə qazansa da, cavab görüşündə "Domjale" ağ-qaralar üzərində 2:0 hesabı ilə qalib gəlib. Beləliklə Bundesliqa təmsilçisi turnirdən kənarlaşıb.

İndi isə rəqib doğma "Qarabağ"dır. Nəzərinizə çatdıraq ki, "köhlən atlar" Avrokubok təcrübəsinə görə rəqiblərindən daha üstündürlər. Ağdam təmsilçisi ardıcıl 9 mövsümdür avrokuboklarda mübarizə aparır.

Qeyd edək ki, "Frayburq" - "Qarabağ" matçı sabah Bakı vaxtı ilə 23:00-da start götürəcək. 
 

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Bayramqabağı meyvə-tərəvəz və çərəzlərin SON QİYMƏTLƏRİ - VİDEO
01:17 05.03.2026
Bayramqabağı meyvə-tərəvəz və çərəzlərin SON QİYMƏTLƏRİ - VİDEO
Hakan Fidan Rubio ilə İranın atdığı raketi müzakirə edib
00:21 05.03.2026
Hakan Fidan Rubio ilə İranın atdığı raketi müzakirə edib
İsrail Təbrizə güclü zərbə endirib
00:02 05.03.2026
İsrail Təbrizə güclü zərbə endirib
İran səfiri Böyük Britaniya XİN-ə çağırılıb
23:52 04.03.2026
İran səfiri Böyük Britaniya XİN-ə çağırılıb
“Qarabağ” Azərbaycan kubokunun yarımfinalına yüksəldi
23:44 04.03.2026
“Qarabağ” Azərbaycan kubokunun yarımfinalına yüksəldi
İctimai nəqliyyatda bank kartı ilə ödənişlərdə PROBLEM -  VİDEO
23:28 04.03.2026
İctimai nəqliyyatda bank kartı ilə ödənişlərdə PROBLEM - VİDEO
İranlı ayətullah cihad elan etdi
23:20 04.03.2026
İranlı ayətullah cihad elan etdi
“Yorğanı qaldıranda gördüm ki, çarpayı qan içindədir” - Video
23:17 04.03.2026
“Yorğanı qaldıranda gördüm ki, çarpayı qan içindədir” - Video
Leyla Əliyeva Bakıda Uşaq Klinik Xəstəxanasını ziyarət edib - FOTOLAR
23:10 04.03.2026
Leyla Əliyeva Bakıda Uşaq Klinik Xəstəxanasını ziyarət edib - FOTOLAR
Leyla və Arzu Əliyevalar iftar mərasimində - FOTOLAR
23:03 04.03.2026
Leyla və Arzu Əliyevalar iftar mərasimində - FOTOLAR
Maka Boçorişvili: Orta Dəhlizi nəzərə almamaq və görməmək mümkün deyil
22:56 04.03.2026
Maka Boçorişvili: Orta Dəhlizi nəzərə almamaq və görməmək mümkün deyil
İran dost ölkələrin gəmilərinə Hörmüzdən keçməyə icazə verdi
22:44 04.03.2026
İran dost ölkələrin gəmilərinə Hörmüzdən keçməyə icazə verdi
Nəqliyyat vasitələrinə inzibati cərimə borcu alan şəxslərə XƏBƏRDARLIQ - VİDEO
22:33 04.03.2026
Nəqliyyat vasitələrinə inzibati cərimə borcu alan şəxslərə XƏBƏRDARLIQ - VİDEO
Böyük Britaniya Makronun nüvə silahı ilə bağlı təkliflərini dəstəkləyib
22:27 04.03.2026
Böyük Britaniya Makronun nüvə silahı ilə bağlı təkliflərini dəstəkləyib
“Hər kəs mənim Qənimət Zahidi məhkəməyə verib, qələbə qazanmağımdan presedent kimi bəhrələnməlidir”
22:18 04.03.2026
“Hər kəs mənim Qənimət Zahidi məhkəməyə verib, qələbə qazanmağımdan presedent kimi bəhrələnməlidir”
Qətərdəki 200 Azərbaycan vətəndaşının Səudiyyə Ərəbistanı ərazisindən təxliyəsi planlaşdırılır
21:58 04.03.2026
Qətərdəki 200 Azərbaycan vətəndaşının Səudiyyə Ərəbistanı ərazisindən təxliyəsi planlaşdırılır