'Qarabağ'ın rəqibi məlum oldu

İDMAN
17:00 09.08.2013
1762
Bu gün UEFA Avropa Liqasının pley-off mərhələsinin püşkü atılıb.
AZXEBER.COM xəbər verir ki, İsveçrənin Nyon şəhərdə baş tutan mərasimdə 31 cütlük müəyyənləşib. Bakı vaxtı ilə saat 16:00-da başlayan püşkatmada Ağdamın “Qarabağ” klubunun da rəqibi məlum olub. Belə ki, avrokuboklarda yeganə təmsilçimiz olan “Qarabağ”ın rəqibi Almaniyanın "Ayntraxt" klubu olub. Komandaların pley-off mərhələsində ilk oyunu Bakıda keçiriləcək.
Qeyd edək ki, Avroliqanın “play-off” mərhələsinin oyunları 22-29 avqust tarixlərində baş tutacaq.
OXŞAR XƏBƏRLƏR