"Qarabağ"ın rəqibi yeni müdafiəçi transfer edəcək

İDMAN
18:10 27.09.2022
293
"Qarabağ"ın UEFA Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan Yunanıstan "Olimpiakos"u heyətini yeni müdafiəçi ilə gücləndirəcək.

AZXEBER.COM "Report"a istinadən xəbər verir ki, Pirey təmsilçisi hazırda 3 arxa xətt oyunçusunun transferini nəzərdən keçirir.

Bunlar fransalı Timote Kolodzeytsak, Elyakim Manqala və serbiyalı Nikola Maksimoviçdir.

Qeyd edək ki, "Qarabağ" "Olimpiakos"a qarşı ilk oyununu oktyabrın 6-da səfərdə, növbəti görüşünü isə bundan bir həftə sonra Bakıda keçirəcək.
OXŞAR XƏBƏRLƏR