‘Qarabağ’ın üçüncü mərhələdəki rəqibi müəyyənləşdi

İDMAN
00:10 26.07.2013
1695

Avropa Liqasının II təsnifat mərhələsinin cavab görüşü çərçivəsində səfərdə "Piast"la 2:2 bərabərə qalmaqla mərhələ adlayan "Qarabağ"ın növbəti rəqibi müəyyənləşib.

Qol.Az-ın məlumatına görə, Ağdam təmsilçisiIII təsnifat mərhələsindəhazırda davam edən “Qefle” (İsveç) - “Anortosis” (Kipr) cütünün qalibi ilə qarşılaşacaqdı.

Səfərdərəqibinə 0:3 hesabı ilə uduzan "Qefle" öz meydanında "Anortosis"i 4 cavabsız qollakeçib - 4:0. Bununla da, İsveç təmsilçisi "Qarabağ"a rəqib olub.

Qeyd edək ki, "Qarabağ" III təsnifat mərhələsində ilk oyununu avqustun 1-də evdə, cavab görüşünü isə bir həftə sonra səfərdə keçirəcək.

OXŞAR XƏBƏRLƏR