"Qarabağ"ın xoşagəlməz yubileyi

İDMAN
13:59 28.11.2011
1556
Premyer Liqanın XIV turunun “Neftçi” ilə oyunu “Qarabağ” üçün xoşagəlməz yubileylə əlamətdar olub. Apasport.az saytının məlumatına görə, Ağdam təmsilçisi ölkə çempionatlarında 40-cı dəfə öz meydanında məğlub olub. 263-cü ev matçına çıxan “Qarabağ” bu oyunadək 177 dəfə qonaqları xalsız yola salıb, 46 dəfə 1 xalla kifayətlənmişdi. “Neftçi” yə 1:2 hesablı məğlubiyyət isə 40-cı yenilgi olub. Qeyd edək ki, bu məğlubiyyətlərin 5-i Ağdamda gerçəkləşib.

OXŞAR XƏBƏRLƏR