"Qarabağ"ın yeni transferi 1 ay oynamayacaq

"Qarabağ"ın yeni transferi 1 ay oynamayacaq
İDMAN
13:20 14.09.2025
161
"Qarabağ"ın ispaniyalı yarımmüdafiəçisi Conatan Montiel komandanın son məşqində zədələnib.

AZXEBER.COM xəbər verir ki, ispanın zədəsinin ciddi olduğu ortaya çıxıb.

Onun bud əzələlərində gərginləşmə baş verib. Belədə, Montielin bir ay meydanlarda olmayacağı dəqiqləşib.

Xatırladaq ki, 26 yaşlı yarımmüdafiəçi bu mövsümün əvvəlində "Qarabağ"a keçib və hazır olmadığı üçün hələ ki yeni komandasında rəsmi debüt etməyib.
OXŞAR XƏBƏRLƏR