Qarabağlı deputatdan Zeynəb Xanlarovanın iddialarına cavab - AÇIQLAMA

SİYASƏT
15:10 29.10.2013
2855

“Zeynəb Xanlarovanın bu çıxışını qeyri-ciddi qəbul edirəm”

Bu sözləri AZXEBER.COM-a açıqlamasında 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsindən seçilən millət vəkili Astan Şahverdiyev söyləyib. Deputat bu gün həmkarı Zeynəb Xanlarovanın Milli Məclisin iclası zamanı qarabağlı deputatları tənqid etməsinə geniş şərh vermək istəməyib:

“Zeynəb Xanlarovanın bu çıxışını qeyri-ciddi qəbul edirəm və bu barədə şərh vermək istəmirəm. Ancaq razılaşmaq olar ki, qarabağlı deputatlar Qarabağla bağlı az danışırlar. Digər bir tərəfdən də, bizim güclü prezidentimiz var. O özü Qarabağla bağlı bütün lazımı işləri bu gün həyata keçirir”.

Qeyd edək ki, Z.Xanlarova gündəliyin müzakirəsi zamanı qəflətən əlini qaldıraraq spikerdən söz istəyib.

O dərhal iradına keçib: “Oqtay müəllim, sizin bir sözünüz oldu mənə ləzzət elədi və mən çıxış etmək qərarına gəldim. Siz çox düz dediniz ki, başqa ölkələrin heç kim oxumayan qərarını çox uzadıb müzakirə etməyə dəyməz. Mən də buna əsaslanıb demək istəyirəm ki, - bu söz çoxdan ürəyimdə idi, demək istəyirdim, - başqa ölkələrdə nə olursa, başlayırlar burda müzakirə etməyə. Nə haydı, balam? Mənim nəyimə lazımdır hansı ölkədə kim-kimə telefonda qulaq asıb? Gəlin Qarabağdan danışaq, orda bizim xalqımız qırılıb. İstəyirəm ki, həmişə Qarabağdan danışaq. Burda çoxlu qarabağlılar var, amma onlar danışmırlar. Qarabağdan danışanlar elə Qarabağdan olmayanlardır. İstəyirəm onlar Qarabağdan danışsınlar, onların da bir sürü yetim-yesiri var".

Əfsələddin Ağalarov

OXŞAR XƏBƏRLƏR