Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə fərdi layihə rəhbəri Əhmədli Nuranə həyata keçirdiyi "Qarabağnamə Gənclər Olimpiadası " layihəsinə yekun vuruldu
AZXEBER.COM xəbər verir ki, Olimpiada çərçivəsində layihə rəhbəri Əhmədli Nuranə layihə iştirakçılarına Qarabağ həqiqətləri və tarixini əks elətdirən suallar əsasında onların biliklərini qiymətləndirmişdir.
Layihədə
qonaq qismində iştirak edən Gənclər üçün Təhsil Mərkəzinin baş katibi Gülnar Xəlilova
qeyd etmişdir ki , SSRİ-nin
dağılması ərəfəsində keçirilən 1989-cu il əhali siyahıyaalınması dövrün təsirinə
məruz qalsa da,Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi həmin
siyahıyaalınmanın materialları əsasında Dağlıq Qarabağ Muxtar Vilayətinin etnik
xəritəsini çap etdirmişdir.. Dağlıq Qarabağın,bir tərəfdən Azərbaycanın tarixi
torpaqları kimi onun tərkibində saxlanması və bununla da digər Azərbaycan
torpaqları ilə tarixi bağlılıq ənənəlarini davam etdirməsi,digər tərəfdən,Dağlıq
Qarabağ Muxtar Vilayətinə Azərbaycanın göstərtdiyi xüsusi qayğı bu diyarın
sovet hakimiyyəti illərində sosial-siyasi və iqtisadi inkişafı üçün müstəsna şərait
yaratdı.Lakin 1980-ci illərin sonralarında Dağlıq Qarabağı Aərbaycandan
ayırmağı qarşılarına məqsəd qoymuş erməni <
Dağlıq Qarabağ Muxtar Vilayətinin Azərbaycanın tərkibində nə qədər yüksək inkişafa nail olması Vilayət Statistika İdarəsinin Stepanakertdə nəşr etdirdiyi statistik məcmuələrdə əksini tapmışdır.Sonralar məhz həmin Stepanakert bu nəşrlərə göz yummağa çalışmışdır.Halbuki onlara göz yummaq deyil,daha diqqətlə yanaşmağa ehtiyac vardır.
Daha sonra layihə iştirakçıların sual-cavabı ilə davam etmişdir.











































