Qaradağda 57 yaşlı qadın qətlə yetirildi, şübhəli bilinən oğlu saxlanıldı

Qaradağda 57 yaşlı qadın qətlə yetirildi, şübhəli bilinən oğlu saxlanıldı
KRİMİNAL
10:44 20.07.2024
709
Bakının Qaradağ rayonunda anasını qətlə yetirməkdə şübhəli bilinən oğlu saxlanılıb.

AZXEBER.COM xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, bu gün səhər saat saatlarında Bakının Qaradağ rayonu Ümid qəsəbəsində 1967-ci il təvəllüdlü Şükürzadə Aybəniz Məhəmməd qızının kəsici alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.

Cinayət əməlini törətməkdə şübhəli bilinən oğlu 1991-ci il təvəllüdlü Şükürzadə Kamran Etibar oğlu saxlanılıb. O, polisə könüllü gəlib.

Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR