Qaradağda ağır yol qəzası - 4 nəfər yaralandı

Qaradağda ağır yol qəzası - 4 nəfər yaralandı
SOSİAL
10:14 02.05.2018
3266
Qaradağ rayonunda iki avtomobil toqquşub.

AZXEBER.COM Report-a istinadən xəbər verir ki, hadisə rayonun Müşviqabad qəsəbəsi ərazisində baş verib.

Belə ki, iki avtomobilin toqquşması nəticəsində, 4 nəfər-1957-ci təvəllüdlü Qəribov Məhəmməd Qərib oğlu, 1988-ci il təvəllüdlü Heydərov Rəşad Rəşid oğlu, 1991-ci il təvəllüdlü Qafarova Günel Mahir qızı və 2001-ci il təvəllüdlü Qafarzadə Əli Mahir oğlu ağır xəsarət alıblar. 

Yaralılar Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdiriliblər. 

Həkimlər yaralılardan ikisinin vəziyyətini ağır kimi qiymətləndirirlər. 

Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR